I RÜBDƏ ÖLKƏNİN HƏR BİR SAKİNİNƏ DÜŞƏN ÜDM-NİN HƏCMİ 13,6 FAİZ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ilin əvvəlindən keçən dörd ay ərzində 11,2 milyard manatlıq əlavə dəyər istehsal edilmiş və 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artmışdır.
Ümumi daxili məhsulun (ÜDM) 74,1 faizi məhsul istehsalı, 18,4 faizi xidmət sahələrində yaradılmış, 7,5 faizini isə məhsula və idxala xalis vergilər təşkil etmişdir. Məhsul istehsalı sahələrində əlavə dəyərin həcmi 17 faiz, xidmət sahələrində isə 10,2 faiz artmışdır.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı neft-qaz sektorunda 17,7 faiz, qeyri-neft sektorunda 11,5 faiz artmışdır.
Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 13,6 faiz artaraq 1310,6 manata (1560,4 ABŞ dollarına) çatmışdır.