Azərbaycan Dövlət İnformasiya Agentliyi

İbrahim Taşar: Qərbi Azərbaycandan qovulanların təkcə özləri deyil, ruhları da orada vəhşicəsinə öldürülüb

İbrahim Taşar: Qərbi Azərbaycandan qovulanların təkcə özləri deyil, ruhları da orada vəhşicəsinə öldürülüb

İstanbul, 15 aprel, Günel Karatepe, AZƏRTAC

Erməni millətçilərinin təkcə azərbaycanlılara deyil, ümumiyyətlə, türk xalqlarına qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki əsrdən artıq tarixi var. Xalqımıza qarşı aparılan mənfur siyasətin məqsədi isə Azərbaycan türklərini qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti qurmaq olub. Bu məqsədlə mərhələli şəkildə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə Türk dünyasının deyil, bəşəriyyət tarixinin ən qara və ermənilər adına utancverici səhifələridir. Əsrlər boyu davam edən canilik, vandalizm xalqlarımızın qan yaddaşında dərin izlər qoyub. Bəli, biz zaman-zaman bəzi hadisələrin üstündən xətt çəkib, yenidən başlamaq istəmişik. Bu, xalq olaraq bizim humanist ideologiyamızdan irəli gəlir. Lakin bəzi hadisələr var ki, onları unutmaq mümkün deyil, unutsaq, əcdadlarımızın ruhu bizi bağışlamaz.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində əslən İrəvan quberniyasının Vedi rayonunun Çığın Qaraqoyunlu kəndindən olan, hazırda isə Türkiyənin Aydın şəhərində yaşayan sabiq məktəb direktoru İbrahim Taşar ifadə edib.

Ermənilərin tarixin fərqli dövrlərində sistemli şəkildə soydaşlarımıza qarşı apardığı etnik təmizləmə, deportasiya və soyqırımlarını xatırladan müsahibimiz deyib: “Öz doğma yurdundan didərgin düşmüş soydaşlarımızın acı fəryadları, üzləşdikləri müsibətlər yaxın tarixin erməni üzqaralıqlarından biridir. Qərbi Azərbaycanımızın gözəl günləri, erməni zülmünün acı xatirələri torpaq həsrətinə dönüb. Ermənilərin bu mənfur siyasəti isə cəzasızlıq səbəbindən illər ötdükcə təkrarlandı, davam etdi ki, bu da vaxtında torpaqlarımıza qarşı iddiaların artması ilə müşayiət olundu. Onlar tarixi saxtalaşdıraraq törətdikləri cinayətlərə don geydirib xalqımızın yaddaşından silməyə də çalışdılar. Lakin məkrli planları tutmadı. Onilliklər, əsrlər keçsə də biz doğma elimizi əsla unutmadıq. Çünki xalq olaraq biz unutqanlığın bir vaxtdan sonra qarşımıza hansı nəticələr çıxardığını anladıq. Bir xalqın, millətin, cəmiyyətin unutqanlığı yaşadıqlarından daha ağırdır. Fikrimcə, unutdurmaq yaşananları təkrarlamaq üçün ən gözəl vasitədir”.

Ailəsinə aid xatirə dəftərini vərəqləyən İbrahim Taşar nənəsi Tuyqu və babası İsrafilin vaxtilə onlara danışdıqları çox üzücü həyat hekayələrini bizimlə bölüşür: “1915-ci ildə babamın 14, nənəmin isə 13 yaşı olub. Erməni qonşuları oradakı digər türk ailələrlə birlikdə babamın və nənəmin atalarına kəndi təcili tərk etmələrini, burada yaşayan türklərə qarşı qırğınlar hazırlandığını, onların hamısının öldürüləcəyini deyiblər. Onlar elə həmin gecə kəndi tərk edərək Araz çayını keçib İğdıra gəliblər. Lakin qonşuları buna inanmayıb, bir təxribat olduğunu düşünərək kənddə qalıblar. Çox təəssüflər olsun ki, bir gecədə kəndə basqın edən cani ermənilər bir çox ailəni başsız qoyub, qadınlara və qızlara təcavüz ediblər. Qaçanların tutulması üçün isə ermənilər gələn körpə səslərindən istifadə ediblər. Yəni haradan körpə səsi gəlibsə, oraya toplanaraq insanları vəhşicə qətlə yetiriblər. Elə bu səbəbdən də analar qucaqlarındakı körpələri qoyub qaçmağa məcbur olublar. Təsəvvür edirsiniz, bu nə cür vəhşilik, nə cür işgəncədir? Bunu düşünmək belə insana nə qədər böyük ağrı, acı verir. Bir ana digər övladlarını, ailəsini, öz namusunu qorumaq üçün körpəsini, onunla birlikdə öz insanlıq hisslərini, ruhunu, mənəviyyatını orada qoyub gedir. O qadınların bəzilər sağ qalsalar da, ruhları orada ölüb. Belə günahsız körpələrdən biri də babamın ən yaxın qonşularının uşağı idi və onlardan bir daha xəbər alınmayıb”.

Aradan bir müddət keçdikdən sonra babasının qardaşının Vediyə qayıtdığını deyən müsahibimiz sözlərinə belə davam edib: “Qayıtdı, amma nə fayda.. Ermənilər türklərin yenidən Vedidə bünövrə qoymasına imkan verər? Geriyə qayıdan bütün türklərin hamısı elə oradaca qətl edilib. O qaçaqaçda babamın bütün qohum-əqrəbası ayrı düşüb. Hər kəs canını qurtarmaq üçün fərqli səmtə üz tutub və doğmalar bir-birindən ayrılıb. Babam son nəfəsinə kimi qohumlarını axtardı. Çox təəssüflər olsun ki, arzuları yarımçıq qaldı”.

Qeyd edək ki, 1915-1918-ci illərdə Vedi rayonunun Çığın Qaraqoyunlu kəndinin əhalisi ermənilər tərəfindən qovulub və Türkiyədən gələn erməni ailələri orada yerləşdirilib. 1922-ci ildən sonra yerli əhalinin bir hissəsi geri qayıdaraq ermənilərlə yaşamağa başlayıb. 1949-cu ildə isə kəndin azərbaycanlı əhalisi Azərbaycana deportasiya edilib.

Kəndin adı XIII-XV əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında mühüm rol oynamış Qaraqoyunlu tayfa birləşməsinin adından irəli gəlir. Mənbələrdə qaraqoyunluların hacılı, ağacəri, bayramlı, əyinli, duhanlı, alpout, qaramanlu, baxarlu və digər tayfalardan ibarət olması göstərilir. XIX əsrdə Cənubi Qafqazda Qaraqoyunlu adlı 16 kənd olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda zəlzələ qeydə alınıb

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun tikintisi sürətlə davam etdirilir

Əlcəzair Hava Yolları aviabiletlərdən fransız dilində yazıları çıxarıb

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Keçmiş məcburi köçkün: Doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir

Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT

Sarıcalı sakini: Bizə göstərilən diqqət və qayğıdan razıyıq

Tunis tarixində ən böyük narkotik qaçaqmalçılığına cəhdin qarşısı alınıb

Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

ABŞ hakimiyyəti Dövlət Departamentində genişmiqyaslı islahatlar planlaşdırır

Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər

Misirdə baharın gəlişi münasibətilə “Şəm ən-nəsim” bayramı qeyd edilir

Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid edir

Yeni tədqiqat beynin məlumatı necə öyrəndiyi və saxladığına dair anlayışlar təqdim edir

ABŞ Yaponiyaya daha iki strateji bombardmançı təyyarə göndərib

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirib

Zelenskinin ofisi London danışıqlarında iştirakını təsdiqləyib

Ağstafada yük maşını aşıb, xəsarət alan var

Ukrayna Prezidenti atəşkəs üçün yeni format təklif edib

Göygöldə qəza: Ölən və xəsarət alan var

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub

Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi məlum olub

Superliqa: “Fənərbağça” doğma meydanda xal itirib

Misli Premyer Liqasında XXXI tura yekun vurulub

Milli Gənc Tamaşaçılar Teatrında premyera - “Düyməcik”

Yüksək Liqa: "Xilasedici" bürünc medal uğrunda ilk oyunda "Neftçi"yə qalib gəlib

Premyer Liqa: London klubları səfərdə qalib gəliblər, “Mançester Yunayted” isə evdə məğlub olub

Peskov: Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib

Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur

İmişlidə Pasxa bayramı qeyd edilib VİDEO

İmişlidə Pasxa bayramı qeyd edilib VİDEO

Dillər Universitetində “Çin dili günü” qeyd olunub

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb

Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO

Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib

Beynəlxalq riyaziyyat müsabiqəsində şimal bölgəsindən 3 minə yaxın şagird iştirak edib

Binəqədi rayonunda yanğın səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Gürcüstanda Pasxa bayramı qeyd olunur

Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq

Sabahdan DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Bakının Binəqədi rayonunda yanğın baş verib VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO

Pasxa bayramı münasibətilə Lənkəranda mərasim təşkil olunub VİDEO

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər VİDEO

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər VİDEO

Proqnoz: Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq

“Yeni Şafak” qəzeti: Fransa arxivləri erməni yalanlarını ifşa edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

Milli Kitabxanada Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli və professor Azad Nəbiyev ilə bağlı kitab sərgiləri açılıb

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Almaniyada minlərlə insan Pasxa yürüşlərində sülh tələbi ilə nümayişlər keçirib

Premyer Liqa: Bu gün “Qarabağ”ın çempionluğu rəsmiləşə bilər

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

Omanda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

Beynəlxalq Kosmik Stansiyadan 3 nəfər Yerə qayıdıb

Sevimli musiqinin beynin opioid sistemini aktivləşdirdiyi sübut olunub - TƏDQİQAT

Bundesliqa tarixində yeni rekord

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

İğdırdakı Azərbaycan diasporunun nümayəndələri Aralıq rayonuna səfər ediblər

Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik

Hüseyn İşıksal: Prezident İlham Əliyev Şimali Kiprin hüquqlarının müdafiəsinə böyük töhfə verir

Əziz Ələkbərli: 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız deportasiya olunub

Mixail Qusman: Bakılı bəstəkarın yaratdığı əsərin yenidən Bakı tamaşaçısına qovuşmasına yalnız sevinə bilərəm

Almaniyanın Hessen əyalətində silahlı insident zamanı iki nəfər güllələnib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib

Timur Vaynşteyn: Atamın yubileyi günlərində “Zoluşka” operasının premyerasının keçirilməsindən xoşbəxtəm

Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir

Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır - BƏYANAT

Qurban Qurbanov: Builki səhvlərdən dərs çıxarıb, yeni mövsümə fərqli hazırlaşacağıq

Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu

Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB-3

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

Premyer Liqa: "Mançester Siti" səfərdə üç xala sevinib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda master-klas təşkil olunub

Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb

İsveçli perkussionist və bəstəkar Robert İkiz “Qavaldaş” adlı kompozisiyasını təqdim edib

Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə kompleksini ziyarət edib

Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib

Yer Günü ilə əlaqədar keçirilən festivalda 3500 litrə yaxın plastik butulka yığılıb YENİLƏNİB

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan derbisində start heyətlər açıqlanıb

Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib

Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün Bakının 550 küçəsi yuyulub

Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib

Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB

Fiqurlu konkisürmə üzrə komandalararası dünya çempionatının qalibi bəlli olub

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qazaxda 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Qərbi azərbaycanlının xatirələrindən - Ermənilər qədim qəbiristanlığı şumlayıb, bütün izləri sildilər

Mahir Emrelinin vurduğu qollar “Nürnberq”i məğlubiyyətdən xilas etməyib - YENİLƏNİB

Naftalanda beynəlxalq səhiyyə konfransı keçirilib

Yardımlı rayonunda zəlzələ olub

“Haber Global”: Çin, Fransa və ABŞ Türkiyənin Somalidəki kosmodromu ilə bağlı kəşfiyyat məlumatları toplayır