ICESCO-nun Baş direktoru: Bakıda açılan regional ofis bilik, mədəniyyət, elm, ünsiyyət və sülh mayakına çevriləcək VİDEO

Bakı, 29 aprel, AZƏRTAC
Yenidən Bakıda olmaqdan çox məmnunam. Bu gün bizim üçün özəl bir gündür, çünki İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıda regional ofisinin açılışını edirik, bu, bizim gerçəkləşən ortaq arzumuzdur. Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın ofisin yaradılmasına və ICESCO-nun təhsil, mədəniyyət, elm və sülhlə bağlı bütün fəaliyyətlərinə göstərdiyi dəstək misilsizdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri təşkilatın Baş direktoru Salim bin Məhəmməd əl-Malik ICESCO-nun Bakıda keçirilən regional ofisinin açılışı zamanı jurnalistlərə bəyanatında deyib.
“Düşünürəm ki, Azərbaycanla əməkdaşlığımızın bəhrəsi misilsizdir və bunu bu gün Bakıda açılan regional ofisimizdə aydın görmək olur. Sizi əmin edirəm ki, bu ofis xüsusi olacaq. O, həyata keçirdiyi fəaliyyətlər və quracağı əməkdaşlıq forması ilə fərqlənəcək. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti və hökumətinin bu səviyyədə dəstəyi ilə bu ofis bilik, mədəniyyət, elm, ünsiyyət və sülh mayakına çevriləcək”, – deyə Baş direktor qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [18:03]
Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 15.05.2025 [16:46]
Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 15.05.2025 [16:45]
Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 15.05.2025 [14:16]
Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 15.05.2025 [12:20]
Mən turist olsaydım – Şanlı tarixi yaşadan Zəfər parkı VİDEO
- 15.05.2025 [12:00]