İÇƏRİŞƏHƏR BALACA RƏSSAMLARIN GÖZÜ İLƏ
AZƏRTAC xəbər verir ki, mayın 28-də Mədəniyyət və Turizm Nazirliyinin rəsm qalereyasında Azərbaycan Rəssamlar İttifaqının “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu ilə birgə keçirdiyi uşaq rəsmləri müsabiqəsi qaliblərinin sərgisi açılacaqdır.
Rəssamlar İttifaqı sədrinin məsləhətçisi, əməkdar rəssam Ənvər Qarayevin sözlərinə görə, “İçərişəhər bizim gözlərimizlə” mövzusunda müsabiqənin təşkilat komitəsinə 70 balaca rəssamın 100-dək əsəri daxil olmuşdur. Müsabiqənin şərtlərinə görə, yaradıcılıq marafonunda 6-9, 10-12 və 13-15 yaşlı uşaqlar iştirak edirlər. Hər yaş kateqoriyasında üç balaca rəssam qalib sayılacaqdır.
Ənvər Qarayev (sədr), “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun baş rəssamı İsmayıl Məmmədov, xalq rəssamı, əməkdar incəsənət xadimi Ağəli İbrahimov, rəssam Həmzə Abdullayevdən ibarət münsiflər heyəti ən yaxşı işləri seçirlər. Qaliblərə diplom və mükafatların təqdim edilməsi mərasimi iyunun 1-də - Uşaqları beynəlxalq müdafiə günündə rəsm qalereyasında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]