“İÇƏRİŞƏHƏR UŞAQLARIN GÖZÜ İLƏ” ADLI RƏSM- SƏRGİ MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 28-də Bədii Sərgi salonunda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (İDTMQİ) və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə 28 may - Respublika günü və 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunmuş rəsm-sərgi müsabiqəsi keçirilmişdir.
İDTMQİ-nin rəhbəri Kamran İmanov və başqaları çıxış edərək, tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dövlətçilik tariximizdəki rolu barədə danışmışlar.
Bildirilmişdir ki, “İçərişəhər uşaqların gözü ilə” sərgi-müsabiqəsində nümayiş olunan rəsmlər İçərişəhərin qədim tarixi, burada baş verən əlamətdar hadisələri əks etdirir.
Müsabiqənin iştirakçılarına İDTMQİ-nin sertifikatları verilmişdir.
Paytaxtın müxtəlif təhsil ocaqlarından 87 şagirdin iştirak etdiyi sərgi-müsabiqədə 110 rəsm nümayiş olunmuşdur.
Müsabiqənin qaliblərinə iyunun 1-də mükafatlar və diplomlar təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]