DÜNYA
İƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyasında siyasi, iqtisadi və sosial məsələlər müzakirə edilib
Bakı, 30 avqust, Çüayib Bradda, AZƏRTAC
Kamerunun paytaxtı Yaundedə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərakeş Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyinin hesabatına əsaslanaraq, “İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafı: yoxsulluq və yoxsulluqla mübarizə vasitələri” devizi altında keçirilən sessiyanın gündəliyi güvənsizlik, siyasi, iqtisadi və sosial məsələlər, eləcə də İslam dünyasının üzləşdiyi çağırışların müzakirəsini əhatə edib.
İki gün ərzində sessiya iştirakçıları Yaxın Şərqdə sülh prosesini, Əfqanıstan və Sahel bölgəsində vəziyyəti də müzakirə ediblər. Bununla yanaşı, sessiyada tərk-silah, İƏT ilə digər beynəlxalq və regional təşkilat və qruplar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Beynəlxalq terrorizmlə mübarizə, BMT islahatları və BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi, “islamofobiya” və İƏT-ə üzv olmayan ölkələrdə müsəlmanlar və milli azlıqların vəziyyəti də müzakirə edilən məsələlər sırasında olub.
Şura İƏT-in 2025-ci il üçün Fəaliyyət Proqramına əlavə olaraq humanitar, hüquqi, inzibati, maliyyə, elmi, texnoloji və mədəni məsələlərlə bağlı qərarları da müzakirə edib.