İQTİSADİYYAT
IFC-nin icraçı direktoru: COP29 zamanı eşitdiyimiz fikirlər artıq elan edilmiş təşəbbüslərə çevrilir
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanda keçirilən COP29-un təşkilatçılığı əladır. Bu panel (Dəyişiklik yaradan güc: İqlimə dayanıqlı gələcək üçün gender əsaslı innovasiyaların təkmilləşdirilməsi) iqlim keçidini dəstəkləmək üçün özəl sektorda gender gündəmini ortaya qoyur, dəstəklədiyimiz və əlaqələndirdiyimiz istiqamətləri göstərir.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Beynəlxalq Maliyyə Təşkilatının (IFC) icraçı direktoru Makhtar Diop deyib.
“Düşünürəm ki, COP29 zamanı dünən eşitdiyimiz fikirlər artıq elan edilmiş təşəbbüslərə çevrilir”, - deyə icraçı direktor vurğulayıb.