Azərbaycan Dövlət İnformasiya Agentliyi

İHU-nun “Heydər Əliyev” Avrasiya Araşdırmaları Mərkəzinin II Türk dünyası yay məktəbi proqramı” başlayıb

İstanbul, 24 iyun, Günel Karatepe, AZƏRTAC

İstanbulun İbn Haldun Universitetinin (İHU)“Heydər Əliyev” Avrasiya Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilən “II Türk dünyası yay məktəbi proqramı”nın açılış mərasimi keçirilib. Proqram “Yüksələn Türk dünyası” devizi ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu universitetin Qəyyumlar Şurasının sədr müavini Nəcməddin Bilal Ərdoğan açılış mərasimində çıxış edərək dünyanın hazırda mürəkkəb və qeyri-müəyyənlik dövründən keçdiyini bildirib. O, belə bir dövrdə insanlara gələcəyə dair ümid verməyin əhəmiyyətli olduğunu, bu səbəbdən də Türk Dünyası Araşdırmaları Mərkəzinə xüsusi önəm verdiklərini qeyd edib.

Əvvəllər diplomlarla karyera qurmağın daha asan olduğunu, bu gün isə müəyyən bir sahənin mütəxəssisi olmağın və ixtisasa yiyələnməyin daha vacib olduğunu vurğulayan Nəcməddin Bilal Ərdoğan araşdırma mərkəzlərinin universitet strukturlarında getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) “Türk dünyası - 2040” baxışı çərçivəsində çoxsaylı mövzular olduğunu qeyd edərək deyib: “Bu mövzular yalnız beynəlxalq münasibətlər və enerji təhlükəsizliyi ilə məhdudlaşmır, nəqliyyat, iqtisadiyyat, sosiologiya, ümumiyyətlə, cəmiyyəti maraqlandıran bütün məsələlər bu baxışın bir hissəsidir. Bu səbəbdən biz universitet olaraq bu sahədə aparılan tədqiqatlara güclü dəstək vermək istəyirik. Dörd ölkədə həyata keçirməyi planlaşdırdığımız magistr proqramı da əslində bu baxışın bir təzahürüdür”.

Türkiyə ilə yanaşı Azərbaycan, Qazaxıstan və Özbəkistanda da Türk dünyası üzrə magistr proqramının keçiriləcəyini bildirən Ərdoğan bütün Türk dünyasını yaxından tanıyan intellektual şəxslər yetişdirməyə ehtiyacımızın olduğunu, bu hədəfə çatmağın aradakı bütün sərhədlərin aradan qaldırılmasına bağlı olduğunu bildirib.

İHU-nun rektoru professor Atilla Arkan da çıxışında dünyada baş verən qeyri-müəyyənlik və xaosa diqqət çəkərək bunun qarşıdakı 10 ildə daha da artacağını deyib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın uzun illərdir qeyd etdiyi kimi, mövcud sistem artıq ədalətli, əlçatan və reallaşdırıla biləcək həllər təqdim etmə qabiliyyətini itirib. Halbuki bizim daha ədalətli və daha çox həll təqdim edə bilən bir sistemə ehtiyacımız var”.

Arkan “II Türk dünyası yay məktəbi proqramı”na qatılan iştirakçıların bir ay boyunca dünya, Türkiyə və Türk dünyasının problemlərini müzakirə edəcəklərini bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyinin Qafqaz üzrə baş direktor müavini Ayşə Uzer çıxışında bildirib ki, Türk dünyası artıq yalnız dil, tarix, mədəniyyət və idmanda deyil, diplomatiya, siyasət, akademiya, iqtisadiyyat, texnologiya və müdafiə sahələrində də birlik istiqamətində irəliləyir və TDT bu ortaq baxışın təşkilatlanmış ifadəsidir.

TDT-nin Baş katibinin müavini Sədi Cəfərov təşkilatın daha da gücləndiyini və beynəlxalq aləmdə tanınmasının artdığını vurğulayıb.

Türk dövlətləri üçün bu birliyin dərinləşdirilməsinin və ortaq şüurla hərəkət edilməsinin əsas hədəf olduğunu deyən S.Cəfərov bildirib ki, qlobal səviyyədə müşahidə olunan təhlükəsizlik təhdidləri, münaqişələr və sosial-iqtisadi qeyri-sabitlik qarşısında ölkələrin sabitliyini qoruması indi daha böyük əhəmiyyət daşıyır.

S.Cəfərov çıxışında TDT-nin elm və təhsil sahəsində davam edən fəaliyyətlərinə toxunaraq Türk Universitetləri Birliyi və Orhun Mübadilə Proqramı kimi təşkilatlanmış mexanizmlərin təşkilat ölkələri arasında akademik əməkdaşlığı gücləndirmək və intellektual mübadiləni təşviq etməkdə rolunu vurğulayıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə çıxışında tarixinə, mədəniyyətinə və sivilizasiya irsinə sahib çıxmayan xalqların aqibətinin faciə ilə nəticələndiyini söyləyib: “Əgər şərəfli bir gələcək qurmaq istəyiriksə, keçmişlə gələcək arasında körpü rolunu oynayan mədəniyyətimizə sahib çıxmaq, onu öyrənmək, yaşatmaq və gələcək nəsillərə ötürmək məcburiyyətindəyik. Bu gün Türk dünyası geosiyasi bir oyanış dövrünə daxil olub. 200 milyondan artıq əhalisi, zəngin enerji resursları, strateji mövqeyi və ortaq mədəni irsi ilə böyük bir potensiala sahibik. Artıq yüksələn güc olan Türk dünyasının qarşısındakı bəzi problemləri də birlikdə həll edəcəyik”.

Qeyd edək ki, İHU, TDT, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdəki Türklər və Qohum Topluluqlar İdarəsi, eləcə də Türkiyə və Türk dünyasından müxtəlif universitetlərin əməkdaşlığı ilə təşkil olunan “II Türk dünyası yay məktəbi proqramı”na 28 ölkədən minə yaxın tələbə müraciət edib.

Yay məktəbi çərçivəsində regionallaşma prosesləri, Avrasiyadakı hadisələr, Türk dünyasının əsas məsələləri, onların həlli yolları araşdırılacaq və əməkdaşlıq potensialı elmi aspektdən qiymətləndiriləcək.

AZƏRTAC-0-

(GK, GA)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Mətbuatın 150 illiyinə həsr olunmuş intellektual yarış

Məleykə Abbaszadə: Subbakalavrların ali məktəblərə qəbul qaydaları dəyişməyib

“Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir

Avropa çempionu olan boksçu: Ən böyük hədəfim Olimpiya Oyunlarında uğur qazanmaqdır

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

Rezidentura və magistraturaya qəbul imtahanları elektronlaşdırılacaq

Mononatrium qlütamat: Sağlamlığa təsiri və istifadəsinə nəzarət

Ukrayna Ali Radasının komitəsi Baş nazirin istefasını təsdiq edib

Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin 90 faiz dolacağı gözlənilir VİDEO

Ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin 90 faiz dolacağı gözlənilir VİDEO

Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür

® “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

Xüsusi ehtiyacı olan şəxslərə dəstək məqsədilə xeyriyyə konserti təşkil olunub

DİM sədri: Ən bilikli şagirdlər daha çox tibb ixtisaslarına üz tuturlar VİDEO

DİM sədri: Ən bilikli şagirdlər daha çox tibb ixtisaslarına üz tuturlar VİDEO

Məleykə Abbaszadə: İl ərzində 12 mövzu üzrə ictimai müzakirə aparılacaq VİDEO

Məleykə Abbaszadə: İl ərzində 12 mövzu üzrə ictimai müzakirə aparılacaq VİDEO

DİM sədri: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq VİDEO

DİM sədri: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq VİDEO

“Hürriyet” qəzeti: Ermənistan Rusiyanı nəqliyyat layihələrindən kənarlaşdıra bilər

“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

“Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 yanvar tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimini reallaşdırıb

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 229 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

FAO: Ət və süd məhsulları istehsalının qlobal artması fonunda karbon emissiyaları da güclənəcək

Əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verilib

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub

BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Altun Süleymanov: Mən Azərbaycanın səsi olmaq və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm VİDEO

Altun Süleymanov: Mən Azərbaycanın səsi olmaq və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək istəyirəm VİDEO

® “Birbank Biznes”in dəstəyi ilə keçirilən “She’s Next” təşəbbüsünün qalibləri müəyyənləşib

® “Prime Cotton” bu il Beyləqanda taxıl yığımında rekord vurub

UEFA Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi müəyyənləşəcək

Ekspert: ECO platforması regional əməkdaşlıq üçün böyük potensiala malikdir – MÜSAHİBƏ

Premyer Liqa klubunun yeni baş məşqçisi məlum olub

“Azərreyl”in baş məşqçisi: İnanırıq ki, Serbiya klubunu keçəcəyik

MHX: Bəzi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb

Daha bir itkin-şəhidin dəfn mərasimi olacaq

NİİM: Altı ayda moped və motosiklet sürücülərinin təqsiri səbəbindən 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb

DİN: Yabanı halda bitən 2 tondan çox çətənə kolu məhv edilib

® “Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

“Əkinçi”- 150: Gələcəyə ismarıc

Qızıl və gümüşün bahalaşması davam edir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlaşırlar

Ötən gün ölkə ərazisində 46 cinayətin açılması təmin edilib

Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

Bu gün Xalq artisti Mirzə Babayevin anadan olmasından 112 il ötür

FHN daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

Bu gün Ümumdünya Yay Universiadasının açılış mərasimi keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Vankuver aeroportunda uçuşlar müvəqqəti məhdudlaşdırılıb

Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş qüvvəyə minib

Ev pişiyi yeni virusun kəşfində rol oynayıb - ARAŞDIRMA

Bataqlıq ərazilərinin yox olmasına görə dünya 39 trilyon dollar zərərlə üzləşə bilər

Donald Tramp Aİ ilə danışıqlarda irəliləyiş olduğunu bildirib

Uşaq travmaları yetkinlik dövründə psixi sağlamlığa təsir göstərir - ARAŞDIRMA

Macarıstan ciddi meyvə qıtlığı ilə üzləşib

Piylənmə ilə bağlı xərçəng ölümləri kəskin artıb - ARAŞDIRMA

Yayda Yer sürətini artırdı və sutkadan millisaniyələr “oğurlandı”

Fransada kilsəyə qarşı vandalizm aktı törədilib

Prezident Ərdoğan: 15 iyul hadisələri Türkiyə tarixində mühüm mərhələ oldu

Zərgərpalan hamamında arxeoloji irsin aşkarlanması ictimaiyyətə təqdim edilib

Türkiyə Gülən terrorçuları ilə əlaqəli 41 xarici universitetin diplomlarını tanımır

Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib

Kaya Kallas Rusiyaya qarşı 18-ci sanksiyalar paketi barədə razılığın əldə olunmamasına görə Slovakiyanı tənqid edib

NATO-nun Baş katibi Çin, Hindistan və Braziliyanı Rusiyaya təzyiq göstərməyə çağırıb

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb

NATO nümayəndə heyəti ilə görüş keçirilib

“YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub VİDEO

“YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub VİDEO

“Neftçi” ekvadorlu futbolçunu transfer edib

Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub

Vaqif Poeziya Günləri Gəncədə VİDEO

Vaqif Poeziya Günləri Gəncədə VİDEO

Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib   YENİLƏNİB VİDEO

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilib  YENİLƏNİB VİDEO

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

Polis Sumqayıtda ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirib VİDEO

Polis Sumqayıtda ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirib VİDEO

Cəlilabadda meşə ərazisinə keçən yanğın məhdudlaşdırılıb YENİLƏNİB-2 FOTO VİDEO

"Dəniz təbabəti ensiklopediyası" çapdan çıxıb

Belqrad yaxınlığında yanğın baş verib

Qazaxda “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimat mərasimi olub

Bosniya və Herseqovinada meşə yanğınları davam edir

Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Mingəçevir Dövlət Universiteti "Azərbaycan İES" MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur

İcraçı direktor: Bolqarıstan Azərbaycan üçün Avropaya qaz tədarükündə “açar” ölkədir

Bakıda XIX əsrə aid tarixi abidənin konservasiyadan sonra açılışı olub

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

Günvurmadan necə qorunmaq olar? VİDEO

Günvurmadan necə qorunmaq olar? VİDEO

Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub

Almaniya iqtisadiyyatı dəstəkləmək üçün süni intellektdən istifadəni genişləndirmək niyyətindədir

Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir

Muxtar respublikada altı ayda cinayətlərin açılması 97 faiz təşkil edib - əməliyyat müşavirəsi

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib VİDEO

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib VİDEO

Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib

Fransanın Baş naziri dövlət büdcəsinə 40 milyard avro qənaət etməyi planlaşdırır

® “Ziraat Bank Azərbaycan”ın aktivlərinin cəmi 1 milyard manatı keçib