CƏMİYYƏT


“ikisahil.az” yeni ildə yeni dizaynda

Bakı, 4 yanvar, AZƏRTAC

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən “İki sahil” qəzetinin “ikisahil.az saytı 2019-cu ilin ilk günlərində yeni dizayn və təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, ayrı-ayrı sahələr üzrə görülən işlərin, əldə olunan uğurların konkret bölmələrdə yerləşdirilərək, tez və asan şəkildə oxuculara çatdırılması təkmilləşmənin, yeniləşmənin, ən əsası daim qeyd etdiyimiz kimi, yeni texnologiyaların uğuru, perspektividir.

Yeni saytda diqqəti cəlb edən əsas yeniliklərdən biri də qəzetin təsisçisi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələr verən, adı bu gün dünyanın nüfuzlu şirkətləri ilə eyni sırada çəkilən SOCAR-ın, eyni zamanda, onun ayrı-ayrı strukturlarının fəaliyyəti barədə dolğun məlumatların əldə olunması üçün “SOCAR” bölməsinin yaradılması, ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sənayesində yeniliklərin, nailiyyətlərin məhz bu bölmədə yerləşdirilməsidir.

Uğurlu başlanğıc davamlı uğurlar üçün əsasdır. “İki sahil” qəzetinin yeni ildə yeni tərtibatda saytla oxucularının görüşünə gəlməsi demokratik cəmiyyətin əsas atributlarından biri kimi dəyərləndirilən mətbuatın təkmilləşməsinin, yeniləşməsinin, operativliyi fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsinin təzahürüdür.

Qeyd etdiyimiz kimi, yeni sayt müasir tələblərə uyğun olaraq sadə, zövqlü, eyni zamanda, maksimum rahat oxunmanı təmin edən tərzdə yığılıb. Dizayndan əlavə, saytın məzmununda da yeniliklər diqqətçəkəndir. Əvvəlki dizaynda mövcud olan bölmələr də ümumiləşdirilərək istifadəçilərə təqdim olunub. Belə ki, quruluş və məzmun baxımından müasir texnologiyaların tələblərinə cavab verən yeni saytda “Siyasət”, “Ordu”, “SOCAR”, “İqtisadiyyat”, “Analitika”, “Sosial”, “Mədəniyyət”, “Dünya”, “Maraqlı”, “İdman”, “Köşə”, “Qan yaddaşı” bölmələri yer alıb. İstifadəçilər bu bölmələr vasitəsilə 27 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın ayrı-ayrı sahələr üzrə dünəninə, bu gününə və sabahına baxış olmaqla operativ məlumatları əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.