Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əsgərov: Mədəniyyət Nazirliyinin yol xəritəsini əsas tutaraq, dünyanın ən böyük teatrları ilə əməkdaşlıq edəcəyik

Gördüyümüz bütün işlər teatrımızın fədakar kollektivinə təşəkkür borcumuzdur

Bakı, 20 may, Abdulla Suvar, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi İlham Əsgərovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- İlham müəllim, Milli Teatra rəhbərlik etməyinizin iki ili tamam oldu. Gəlin, yaxın keçmişə bir yerdə nəzər salaq. Ötən iki il Akademik Milli Dram Teatrı üçün hansı hadisələrlə yadda qaldı?

- 2023-cü ilin aprelin 9-da görkəmli rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov dünyasını dəyişdi. Allah Azər Paşa müəllimə rəhmət eləsin. Teatrımızın kollektivi onun əziz xatirəsini ehtiramla yad edir. Azər müəllimin vəfatından sonra böyük tarixi, yaradıcılıq ənənələri olan teatra rəhbərlik etmək mənə həvalə olundu. Əlbəttə, böyük sənətkarlarımızın çalışdığı, korifey sənətkarlarımızın izi, nəfəsi, xatirəsi olan bu əzəmətli teatra rəhbərlik etmək böyük məsuliyyət və şərəfli işdir. Mən 30 ildir bu teatrda çalışıram. Çox şadam ki, bu illər ərzində bir çox görkəmli sənətkarımızla çiyin-çiyinə işləmişəm, onlardan həyatım və peşəm üçün vacib olan çox şey öyrənmişəm. Bu, mənim üçün əsl məktəb olub. Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan teatrı və kinosunun görkəmli sənətkarları çalışır. Kollektivin çox güclü potensialı, böyük yaradıcı təcrübəsi var. Böyük məmnuniyyətlə deyirəm ki, teatrımızda görkəmli sənətkarlarımızın gənclərə münasibəti çox isti və səmimidir. Bu, nəsillər arasındakı doğmalığın bariz nümunəsidir.

Ötən iki ilə nəzər salanda, ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində təqdim olunan "Ölülər" və "Qarabağnamə" tamaşaları haqqında danışmaq istərdim. Hər iki tamaşa Ulu Öndərimiz Heydər Əliyevin ən çox sevdiyi tamaşalardandır. Çox şadam ki, kollektivimiz bu tamaşaları Heydər Əliyev Mərkəzində böyük təntənə ilə nümayiş etdirdi. Ulu Öndərimizin teatra olan böyük sevgisi, sənətkarlara olan diqqət və qayğısı bizim hər birimiz üçün böyük örnək və nümunədir.

Daha sonra teatrda həyata keçirilən təmir işləri haqqında danışmaq istərdim. Tamaşaçı zalında döşəmə örtüyü tamamilə yeniləndi, səhnədə, foyedə, teatrın fasadında təmir işləri həyata keçirildi. Bundan başqa Mədəniyyət Nazirliyinin həyata keçirdiyi və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan paytaxt teatrlarının bölgələrə qastrol səfərləri haqqında danışa bilərik. Bu layihə bu gün də uğurla davam edir və əminliklə deyirəm ki, bölgə teatrları və tamaşaçıları üçün çox vacib, faydalı layihədir. Bu layihənin davam etdirilməsi, bölgələrlə daha sıx yaradıcı proses qurmaq üçün Mədəniyyət Nazirliyi tərəfindən qarşımıza konkret tələblər qoyub, konkret tapşırıqlar verilib. Layihə çərçivəsində müxtəlif tamaşalarla bir neçə dəfə Lənkəran, Şəki, Gəncə, Mingəçevir teatrlarında olmuşuq. Bu teatrlarda “Qarabağnamə”, “Xurşidbanu Natəvan”, “Xanuma”, “Şükriyyə”, “Cəhənnəm sakinləri”, “Manqurt”, “Küknarlara məktub”, “Bir, iki, bizimki” və başqa tamaşalar bölgələrdə nümayiş olunub. Layihənin məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

- Akademik Milli Dram Teatrının tamaşaları “Mədəniyyət” kanalının efirində də canlı nümayiş olunur. Bu, artıq ənənəyə çevrilib...

- Bəli. Mən AzTV-nin və “Mədəniyyət” kanalının rəhbərliyinə, bu işlərdə zəhməti olan bütün komanda üzvlərinə dərin təşəkkürümü bildirirəm. Teatrımızın AzTV və “Mədəniyyət” kanalı ilə çox sıx və faydalı əməkdaşlığı var. Hər hansı tamaşamız televiziya vasitəsi ilə nümayiş olunanda bir çox tamaşaçılardan, teatrsevərlərdən bunun əks-sədasını, xoş təəssüratını eşidirik.

- Son iki ildə hansı tamaşaların premyeraları olub?

- İlk olaraq 2023-cü ilin iyun ayında Cavid Zeynallının “Şükriyyə” tamaşasının premyerası keçirildi. Daha sonra Şıxəli Qurbanovun “Sənsiz”, Anarın “Dantenin yubileyi”, Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Hüseyn Cavidin “İblis”, Şekspirin “Ledi Maqbet”, Məmmədhüseyn Təhmasibin “Bir qalanın sirri”, Kamal Abdullanın “Sehrbazlar dərəsi”, Qoqolun “Müfəttiş”, Əli Əmirlinin “Varlı qadın” tamaşaları hazırlandı. “Ledi Maqbet”, “Müfəttiş” və “Varlı qadın” tamaşaları görkəmli sənətkarlarımız - Xalq artistləri Bəsti Cəfərovanın, Cəfər Namiq Kamalın və Firəngiz Mütəllimovanın yubiley yaşları münasibətilə benefis tamaşalardır. Hazırda Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam edir. Yaxın vaxtlarda həmin tamaşanın da premyerasını edəcəyik. Sonra “Aydın” tamaşasının məşqlərinə başlanılacaq. Hazırda yaradıcı iş aparılır. Daha bir tamaşamız isə Xalq artisti, görkəmli sənətkarımız Nurəddin Mehdixanlının yubileyi münasibətilə “Kral Lir” benefis tamaşası olacaq. Bu tamaşa üçün xaricdən rejissor dəvət etmişik. Sentyabr ayında “Kral Lir”in məşqlərinə başlanılacaq. İlin sonunda isə Xalq yazıçısı Maqsud İbrahimbəyovun və Xalq şairi Bəxtiyar Vahabzadənin yubileyləri münasibətilə hər iki sənətkarımızın yaradıcılığına müraciət edəcəyik. Bir xüsusi və vacib məsələni də qeyd etmək istərdim. Biz dünyasını dəyişən sənətkarlarımızı da unutmamışıq. Onların əziz xatirəsini həmişə, ehtiramla anmışıq, məzarlarını ziyarət etmişik və afişalar çap edərək tamaşalar həsr etmişik. Hökümə Qurbanovanın 110 illiyi münasibətilə “Sənsiz”, Mirzağa Əliyevin 140 illiyi münasibətilə “Ölülər”, Tofiq Kazımovun 100 illiyi münasibətilə “Sənsiz”, İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan”, Ramiz Novruzun anım günü ilə bağlı “Filumena Marturano”, “Azər Paşa Nemətovun anım günü ilə bağlı “Ölülər” tamaşaları nümayiş olunub. Teatrımız “Milli Teatr”, “Qızıl Pərdə” və “Yubiley” mükafatları təsis edib. Əlamətdar yaşlarını qeyd edən sənətkarlarımız, əməkdaşlarımız bu mükafatlarla təltif olunur.

- Teatrın beynəlxalq əlaqələri hansı vəziyyətdədir? Hansı addımlar atılıb və bundan sonra nə gözlənilir?

- Teatrımız Qoderzi Çoxelinin “Küknarlara məktub” tamaşası ilə Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb. Ötən il Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil etdik. Forum çərçivəsində “Sənsiz” tamaşası nümayiş olundu. Daha sonra mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunduq. Forum çərçivəsində Rusiya, Serbiya və Belarusun milli teatrları ilə əməkdaşlıq haqqında müzakirələr apardıq. Bu müzakirələr öz real nəticəsini verdi. Sankt-Peterburqun Aleksandrinski Teatrı, Belarusun Yanka Kupala adına Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq haqqında Memorandum imzaladıq. Minskdə imzalanma mərasimində Belarusun mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin və Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev iştirak etdi. İmzalama mərasimi Belarus mətbuatında geniş işıqlandırıldı. Ən vacib addımlardan biri də bu oldu ki, Aleksandrinski Teatrının, Sankt-Peterburq Dövlət Universitetinin pedaqoqları aktyorlar, rejissorlar və teatr prodüserləri üçün master-klas keçdilər. Teatrımızın “İblis və...” tamaşasının premyerası Aleksandrinski Teatrında keçirildi. Bu, bizim üçün tarixi hadisə, böyük uğurdur. Aleksandrinski Teatrı isə “Evlənmə” tamaşasını teatrımızın səhnəsində təqdim elədi. Daha bir memorandum Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı ilə imzalandı. Teatrın Bədii rəhbəri, böyük sənətkar Robert Sturua 10 Mart - Milli Teatr Günü münasibətilə təşkil etdiyimiz təntənəli tədbirdə iştirak elədi. 2025-ci il ərzində Minskə və Tbilisiyə qastrol səfərlərimiz olacaq. Bütün bu işlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyinin yaxından dəstəyini, diqqətini və qayğısını hiss etmişik. Beynəlxalq əməkdaşlıqla bağlı planlarımız çoxdur. Milli Teatrların Beynəlxalq Forumunu keçirmək fikrimiz var. Artıq müəyyən rəsmi yazışmalar aparılır. Bundan başqa Türk dünyası ölkələri ilə teatr əlaqələrimiz daha intensiv və səmərəli olacaq. Əsas planlarımızdan biri memorandum imzaladığımız ölkələrin milli teatrlarındakı rejissor, rəssam, texniki işçilərin mübadiləsini etməkdir. Bu, teatr mühitimiz üçün faydalı təcrübəyə çevrilə bilər.

- İlham müəllim, adını qeyd etdiyiniz ölkələrdə Azərbaycan teatrına maraq necədir?

- Çox böyük maraq var. Aleksandrinski Teatrında Azərbaycan teatrının tarixi və bu günü haqqında sərgi təşkil etdik. Teatrın aktyorları, rejissorlar, teatrşünaslar və tələbələr böyük maraq göstərdilər. Rusiyanın milli teatrları, Türk dünyası ölkələrinin teatrları bizimlə əməkdaşlığa hazırdılar. Moskvada keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalından məktub almışıq. Teatrın direktoru və Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvü kimi məni festivalın açılış mərasimində iştirak etmək üçün fəxri qonaq qismində dəvət ediblər. Moskvaya səfər çərçivəsində Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kiril Krokla görüş keçiriləcək. İki teatr arasında memorandum imzalanması ilə bağlı ilkin məsələləri müzakirə edəcəyik. Bu böyük teatrın direktoru Kiril Krok bizimlə əməkdaşlığa böyük məmnuniyyətlə hazırdır.

Əlbəttə, yaxın vaxtlarda Avropa teatrları ilə də yaxın əlaqələr qurulacaq. Bunun üçün teatrın beynəlxalq əməkdaşlıq marşrutu müəyyən olunub və yaxın vaxtlarda danışıqlara başlayacağıq. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq əlaqələri günbəgün böyük uğurla inkişaf edir. Ölkəmizin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara uyğun olaraq, biz də teatr kimi, mədəniyyətin bir istiqaməti olaraq, öz işimizi dövlətimizin atdığı mühüm addımlara uyğun şəkildə qururuq. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif ölkələrdə təntənəli şəkildə Azərbaycan mədəniyyəti günləri keçirilir. Məhz bu istiqaməti, bu yol xəritəsini əsas tutaraq, danışıqlar aparırıq və dünyanın ən böyük teatrları ilə əməkdaşlıq edəcəyik.

- “Bölgə teatrlarının Bakı premyerası” layihəsi başa çatdı. Gözləntiləriniz özünü doğrultdu?

- Bu layihə regionlarda yaradıcı prosesi bir daha öyrənmək, bölgə teatrlarının problemləri və uğurları ilə tanış olmaq üçün çox vacib idi. Layihədə 11 teatr 16 tamaşa ilə iştirak etdi. Tamaşalar Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlandı. Layihədə 8 gənc rejissor iştirak etdi və təqdim olunan 16 tamaşadan 11-ni gənc rejissorlar hazırladılar. Düşünürəm ki, bu, gənc rejissorlar üçün yaxşı təcrübə oldu. Biz teatr olaraq gənc və istedadlı rejissorlarımızın zəif və güclü tərəflərini görə bildik. Milli Teatr olaraq, gələcəkdə gənc rejissorlar, aktyorlar və dramaturqlar üçün layihələr etməyi düşünürük. “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin davamı olaraq, Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə adına səhnəsində gənc rejissorların tamaşalarından ibarət layihə həyata keçirəcəyik. Rejissorlarla danışıq aparılıb, əsərlər müəyyən olunub, yaxın vaxtlarda tamaşaların hazırlanması ilə bağlı konkret addımlar atılacaq.

- Müasir dövrdə sosial media reklam üçün ən effektiv platformadır. Teatr tamaşaçıların cəlb olunmasında bu imkandan necə istifadə edir?

- Repertuarda olan tamaşalar nümayişdən bir neçə gün əvvəl feysbuk və instaqramda paylaşılır, reklam olunur. Bu, tamaşaçıların teatra cəlb olunması, səhnə əsərlərinin təbliği baxımından öz müsbət təsirini göstərir. Teatrımızın media ilə yaxından və səmərəli əməkdaşlığı var. Bura televiziya kanalları, qəzetlər, informasiya agentlikləri və saytlar daxildir. Təşkil olunan premyeralar, yubiley və anım günləri tədbirləri, dövlət bayramları ilə bağlı materiallar mütəmadi olaraq onlayn və ənənəvi mediada, TV kanallarında yayımlanır. Biz, eyni zamanda, tamaşaların sosial mediada ödənişli reklamlarını da həyata keçiririk. Bu, sosial medianın geniş imkanları çərçivəsində günün tələbidir və bu imkanlardan istifadə etməsək, ciddi şəkildə tamaşaçı itirə bilərik.

- Müsahibə üçün təşəkkür edirik və son olaraq, nə demək istəyirsinizsə, buyurun.

- Mən təşəkkür edirəm. Bu gün Akademik Milli Dram Teatrının qapısı istedadlı və zəhmətkeş gənclərin üzünə həmişə açıqdır. Teatrda professional texniki və yaradıcı heyət çalışır. Onlar xaricdə təcrübə keçmiş bacarıqlı və istedadlı şəxslərdir. Məmnuniyyətlə deyirəm ki, bu gün gənc rejissorlar və aktyorlar bizdə yetişir. Özümüz üçün müəyyən etdiyimiz ən vacib istiqamətlərdən biri onlara yol açmaq, işə cəlb etmək, yaradıcı potensiallarını reallaşdırmaq üçün imkan yaratmaqdır. Bu, bizim vəzifəmiz, öhdəliyimiz və mənəvi borcumuzdur. Bütün işlərdə bizi dəstəkləyən Mədəniyyət Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Gördüyümüz bütün işlər, atdığımız addımlar Milli Teatrın - bu əzəmətli mədəniyyət ocağının böyük və fədakar kollektivinə təşəkkür borcumuzdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb 

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib

Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib

Biləsuvarda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Xarkov şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək

Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Unal Üstel: Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı qüruru biz də öz qəlbimizdə hiss etdik

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Nazim Beyşekeyev: Qırğızıstan vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk

İranın xarici işlər naziri: BMT Təhlükəsizlik Şurasının susqunluğu təəssüf doğurur

Şıx çimərliyində iki nəfər batıb

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

Prezident İlham Əliyevə təşəkkür edirik – Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri

Təbiət və gözəllik şairi

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Efkan Ala: Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür

Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi: Şuşa Bəyannaməsi

Azərbaycan badmintonçuları Venesuelada gümüş medal qazanıblar

Coğrafiya İnstitutunun əməkdaşı: Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir

Azərbaycanın 13 yaşlı şahmatçısı dünya çempionatında Hikaru Nakamuraya qalib gəlib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

Prezident İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

Prezident: Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub

Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

“Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

İyunun 15-i Ümumdünya Külək Günüdür

Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib

Konstitusiya və uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Hindistanda helikopter qəzaya uğrayıb

İran hava məkanının bağlı qalma müddəti uzadılıb

Britaniya XİN İrana və İsrailə müraciət edib

Azərbaycanlı diplomat BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini təyin edilib

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

Suriya və İraq hava məkanlarını yenidən bağlayıb

Bələdiyyə sədri: Azərbaycan məhəlləsi Kahramanmaraşın görkəmini dəyişdi

İordaniya yenidən hava məkanını bağlayıb

Müşavir: İraq təcavüz meydanı olmaq istəmir

Türkiyə və ABŞ prezidentləri İsrail-İran gərginliyini müzakirə ediblər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib

Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

Almaniyada ümumi hərbi xidmətin bərpası ilə bağlı hazırlıqlara başlanması təklif olunur

Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər

Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şəkidə yük boşaldan maşın aşıb, bir nəfər ölüb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar

Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Vaqif Bayatlı Odərin dörd kitabının təqdimatı keçirilib

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Şəkidə güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

“İnsan Hüquqları Aylığı” çərçivəsində hərbi qulluqçular üçün maarifləndirici vəsait hazırlanıb

Qərbi Balkan ölkələri Yaxın Şərqdə artan gərginlikdən narahatdır

Ordubad üzrə ən yüksək bal toplayan abituriyent: Məqsədim hüquqşünas olmaqdır, bu yolda inamla addımlayıram

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar

Qazaxıstanda TBNM-ə çıxışı olan “Mərkəz-Qərb” dəhlizinin tikintisinə başlanılıb

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun lideri seçilib

“İnnab ağacı” premyerasını Sankt-Peterburq səhnəsində etdi

“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Bakının 550 küçəsi yuyulub

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Azərbaycan diasporunun Hallein şəhərində mühüm görüşü baş tutub

Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

İmişlidə güllələnmə hadisəsi olub VİDEO

İmişlidə güllələnmə hadisəsi olub VİDEO

NDU ilə AMEA arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb

Şirvan şəhərində keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib