İlin birinci rübündə Ağdamda 200 nəfər işsiz “İşsizin DOSTu” proqramına cəlb edilib
Ağdam, 29 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2019-cu ilin birinci rübündə mərkəzə müraciət edən iş axtaran vətəndaşlardan 215 nəfəri iş yerləri ilə təmin edilib. O cümlədən, Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramı çərçivəsində 200 nəfər işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai iş yerləri ilə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilib. “DOST İş Mərkəzi”nə göndəriş verilənlər əsasən kommunal təsərrüfat, elektrik, qaz təchizatı sahələrində işə cəlb edilib.
Hazırda rayonun idarə və müəssisələrində 365 vakant iş yeri var. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabr ayında növbəti “Əmək yarmarkası” keçiriləcək.
Ağdam rayonunda Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı da uğurla həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]