İLK BEŞ AYDA İNFLYASİYANIN SƏVİYYƏSİ 9,4 FAİZ TƏŞKİL ETMİŞDİR
Bu barədə AZƏRTAC-ın müxbirinə Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov məlumat vermişdir.
E.Rüstəmov Beynəlxalq Valyuta Fondunun bu il Azərbaycanda inflyasiyanın 20 faizə çatacağı ilə bağlı proqnozlarının təsdiqlənmədiyini söyləmişdir. O bildirmişdir ki, Milli Bank istehlak və baza inflyasiyasının yeni səviyyəsini ilin axırınadək - inflyasiya proqnozlarını hökumətlə birgə işlədikdən sonra elan edəcəkdir.
E.Rüstəmov vurğulamışdır ki, Milli Bank, hökumət və digər orqanlar tərəfindən inflyasiyanın qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcəkdir.
E.Rüstəmovun fikrincə, yanvardakı 6,4 faizlik inflyasiya nəzərə alınmazsa, vəziyyət qənaətbəxşdir. İstehlak qiymətlərinin cari artımı 3 faiz səviyyəsindədir.