Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlmə-ilmə yaşayan tarix: Qarabağ xalçaları - REPORTAJ VİDEO

Bakı, 6 fevral, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyinin qapısından içəri daxil olanda bizi rənglərin və naxışların sehrli dünyası qarşılayır. Hər biri ilmə-ilmə toxunmuş, əsrlərin yaddaşını özündə yaşadan xalçalar sanki zamana meydan oxuyur. Qarabağ xalçalarının bənzərsiz gözəlliyi burada ayrı bir atmosfer yaradır. Muzeydə addımladıqca Azərbaycan xalçaçılıq sənətinin zənginliyinə, naxışların dərinliyinə və bu sənətə hopmuş tarixə bir daha valeh oluruq.

Burada Qarabağ xalçaları ilə yaxından tanış olarkən hər bir nümunənin öz hekayəsi olduğunu hiss edirik. Hər ilmədə bir ruh, hər naxışda bir tarix yaşayır. Qarabağ xalçalarının incəliyi, rəng harmoniyası, böyük ölçülərdə toxunması və zəngin süjet xəttinə malik olması onu digər xalçalardan fərqləndirir. Xalçaların üzərində xalq nağıllarından, dastanlardan və hətta tarixi hadisələrdən bəhs edən süjetlər öz əksini tapıb. “Rüstəm və Zöhrab” dastanından tutmuş Molla Nəsrəddin obrazına qədər müxtəlif motivlər Qarabağ xalçalarında əks olunub.

AZƏRTAC-ın müxbiri Milli Xalça Muzeyində olub, Qarabağ xalçaları barədə ətraflı məlumat əldə edib.

Əməkdar rəssam, professor Məmmədhüseyn Hüseynovla söhbət zamanı o, Azərbaycan xalçaçılığının geniş bir məfhum olduğunu bildirir: “Azərbaycan xalçaçılığı çox zəngindir. Biz açıq şəkildə deyə bilərik ki, ən qədim xalça nümunələrinin və xalçaçılıq alətlərinin tapıldığı ərazilər bizim coğrafiya ilə uzlaşır və dünya alimləri də bunu təsdiqləyir. Azərbaycan xalçaçılığını dörd böyük növ üzrə tanıyırıq və Qarabağ xalçaçılığı bu təsnifatın üçüncüsüdür. Lakin Qarabağ xalçalarının daxilində üç əsas qrup - Şuşa qrupu, Cəbrayıl qrupu və Qarabağ qrupu mövcuddur. Eyni zamanda, Qarabağ xalçaları təkcə bədii dəyəri ilə deyil, həm də tariximizin, mədəni kimliyimizin və milli yaddaşımızın daşıyıcısı kimi mühüm əhəmiyyətə malikdir”.

Qarabağ xalçaçılığının əsas fərqi onun iriölçülü toxunmasıdır. Dəst xəli-gəbələrin hazırlanması, sıx toxunuş texnikası və xüsusi rəng ahəngi ilə seçilir. Bu barədə danışan Məmmədhüseyn Hüseynov Qarabağ xalçalarının bədii və texniki xüsusiyyətlərindən də bəhs edir. Deyir ki, Qarabağ xalçalarında rənglərin harmoniyası çox mühümdür. Burada qırmızı, mavi, yaşıl və sarı rənglərin xüsusi ahəngi müşahidə edilir. Bundan başqa, Qarabağ xalçalarının üzərində müxtəlif süjetlər yer alır. Nağıllardan, dastanlardan gələn motivlər burada əks olunub. Məsələn, Osmanlı paşalarının, Molla Nəsrəddin obrazının əks olunduğu xalçalar var. “Qarabağ xalçalarının bu qədər zəngin olması təsadüfi deyil. Bu gün dünyanın bir çox muzeylərində Qarabağ xalçaları saxlanılır. O cümlədən, Azərbaycan Milli Xalça Muzeyi Qarabağ xalçalarına dair geniş kolleksiyaya malikdir. Xarici turistlər və yerli sənətsevərlər Qarabağ xalçalarını yaxından görmək, onları daha dərindən öyrənmək istəyəndə ilk ünvan olaraq Xalça Muzeyinə üz tuturlar”, - deyə o əlavə edir.

Azərbaycan xalçaçılıq sənətinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. 2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısı”na daxil edilib. Bu, Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq miqyasda tanınmasına və qorunmasına mühüm töhfə olub.

Azərbaycan Milli Xalça Muzeyi xalçaçılıq sənətinin yaşadılması və tədqiqi sahəsində mühüm rol oynayır. Muzeydə Qarabağ xalçaları da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrinə aid nadir xalça nümunələri saxlanılır və nümayiş etdirilir. Bu təşəbbüslər sayəsində Qarabağ xalçaları dünya miqyasında tanıdılır, qədim toxuculuq ənənələri gələcək nəsillərə ötürülür və xalçaçılıq sənəti Azərbaycanın mədəni kimliyinin ayrılmaz hissəsi kimi yaşadılır.

Bu gün Qarabağda xalçaçılıq ənənələrinin yenidən dirçəldilməsi istiqamətində mühüm işlər görülür. Xalçaçılar azad olunmuş ərazilərdə qədim texnikaları qoruyaraq yeni nümunələr ərsəyə gətirir, Qarabağın bənzərsiz naxışlarını yaşadırlar. Hər bir Qarabağ xalçası gələcək nəsillərə buraxılan dəyərli mirasdır – mədəniyyətimizi, kimliyimizi və tarixi yaddaşımızı yaşadan bir irs. O irs ki, onu qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

İlmə-ilmə yaşayan tarix: Qarabağ xalçaları - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib  YENİLƏNİB

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İctimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Qəbələdə keçirilən əmək yarmarkasına 10 müəssisədən 140 vakansiya təqdim edilib

Azərbaycanlı məktəblilər STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində inkişaf etdirirlər

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

Səkkiz avtobus marşrutunun hərəkət sxemi bərpa olunub

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq

Bizi birləşdirən Novruz - beynəlxalq konfrans

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB

Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib

İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir

Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Baş direktor: Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün gözəl imkanları var - MÜSAHİBƏ

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

Bayram süfrəsində necə qidalanmalı? – ekspertdən vacib tövsiyələr

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb

Çilidə dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə “Birbank” da qoşulub

BDU-da “Qurani-Kərim”in türkcə ilk tərcümələrində arxaikləşmiş dini sözlər araşdırılıb

Ağ evin sözçüsü: ABŞ olmasaydı, fransızlar indi almanca danışırdı

Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib FOTO

Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,1 faiz artıb

Şamaxının Məlhəm kəndində İlaxır çərşənbəsindən REPORTAJ VİDEO

UNEC-in kollektivi İlaxır çərşənbəni Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində qeyd edib

ADAU-da iftar süfrəsi açılıb

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb

Rumıniya klubunda “Neftçi”nin sabiq baş məşqçisini türkiyəli mütəxəssis əvəz edib

“ASAN TV” bir yaşını qeyd edir

"Orta əsr Ağsu şəhəri" Qoruğunda Novruz festivalı keçirilib

ASCO gəmi səfərləri zamanı emissiyaları 6 faiz azaltmağı planlaşdırır

Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər

® “Coca-Cola”nın dəstəyi ilə növbəti Bahar Festivalı keçirilib

Belçika millisinin iki futbolçusu sıradan çıxıb

Bakı Mühəndislik Universitetində Novruz şənliyi təşkil olunub

Lənkəranda yeni çay plantasiyaları salınır

Britaniyada həbsxanalar dolduğundan məhbuslar polis kameralarına yerləşdiriləcək

Britaniya döyüşünün sonuncu sağ qalan pilotu 106 yaşında vəfat edib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət İdarəçilik Akademiyasında Ədliyyə Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

“AzerGold” Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib

Naxçıvan Muxtar Respublikasında aqrar sığorta eksperti olmaq istəyən namizədlərə təlimlər keçirilib

Avstraliya çimərliklərində sirli köpükdən yüzdən çox insan xəstələnib

FHN-in Bakı Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib

Özbəkistan nümayəndə heyəti Qida Təhlükəsizliyi Agentliyində olub

Fransa polisi yeniyetmə miqrantları zorakılıqla evakuasiya edib

Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar adaptiv cüdo turniri keçirilir

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlanıb

Avropa Komissiyası alüminium idxalı ilə bağlı araşdırmaya başlayıb

Tunis Milli Qvardiyası 600-dən çox miqrantı xilas edib

Ölkə ərazisində qəzalı binalara dair müşavirə keçirilib

Türkiyəli ekspert: Qlobal Bakı Forumu Azərbaycanın artan nüfuzunun və hörmətinin təzahürüdür

BYD-nin bazar kapitallaşması “VW”, “GM” və “Ford” kompaniyalarının ümumi dəyərini üstələyir

XİN: Ermənistan Baş nazirinin ofisinin sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edirik

Bürclər və yuxu yozmalarının insan həyatına təsiri

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ

Nərimanov rayonunda “Kalaşnikov” avtomatı aşkarlanıb

“Audi” 2029-cu ilədək Almaniyada 7 min 500 iş yerini ixtisar edəcək

Azərbaycan beynəlxalq antidopinq tədbirində uğurla təmsil olunub

Türkiyəli ekspert: Qlobal Bakı Forumunun nəticələri Azərbaycanın dünyadakı yeni rolunu nümayiş etdirir

Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir

Ötən ay ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb

Azərbaycanın U-17 millisi seçmə mərhələdə son oyununu keçirib

Nəriman Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib

Harvard Universiteti illik gəliri 200 min dollardan az olan ailələrin övladlarını təhsil haqqından azad edəcək

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib

Naxçıvan Dövlət Universitetində Novruz şənliyi keçirilib VİDEO

Qaxda Novruz tonqalını şəhid övladları alovlandırıblar

İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakıda narkoşəbəkə üzvü saxlanılıb VİDEO