İNCƏSƏNƏT MUZEYLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə Belarus Milli Bədii İncəsənət Muzeyi arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizlə Belarus arasında mədəni əlaqələrin mövcud vəziyyətindən danışmışdır. Bildirmişdir ki, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyatın bütün sahələrinə, o cümlədən mədəni əlaqələrin inkişafına böyük təkan vermişdir. Bu gün incəsənət müzeyləri arasında imzalanan əməkdaşlıq müqaviləsi məhz həmin görüşlərdə qarşıya qoyulan vəzifələrin real nəticəsidir.
Minskdə muasir incəsənət mərkəzinin tikildiyini vurğulayan nazir, dövlətimizin başçısının Sərəncamı ilə bizdə də belə bir mədəniyyət ocağının tikiləcəyini diqqətə çatdırmış, ölkəmizdə mədəniyyətin və incəsənətin dünya standartları səviyyəsinə qaldırılmasında Prezident İlham Əliyevin diqqət və qayğısından ətraflı bəhs etmişdir. O bildirmişdir ki, bu sahənin dünyaya inteqrasiyasında hər iki ölkənin mədəniyyət sahəsində çalışan insanların qarşılıqlı əlaqələrinin, fikir mübadiləsinin böyük əhəmiyyəti vardır.
Öz ölkəsində mədəniyyət sahəsinin inkişafından danışan Belarusun ölkəmizdəki səfiri Nikolay Pastkeviç vurğulamışdır ki, bu gün incəsənət muzeyləri arasında imzalanan əməkdaşlıq müqaviləsində nəzərdə tutulanların yerinə yetirilməsi təkcə muzeylərin fəaliyyətində deyil, ümumilikdə ölkələrimizin mədəni həyatında müsbət rol oynayacaqdır.
İncəsənət muzeyləri arasında əməkdaşlıq müqaviləsini Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov və Belarusun Milli Bədii İncəsənət Muzeyinin direktoru Vladimir Prokoptsov imzalamışlar.
V.Prokoptsovun təklifi ilə müqavilənin imzalandığı qələmlər muzeylərdə eksponat kimi saxlanmaq üçün dəyişdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [22:06]
Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib
- 16.05.2025 [20:09]
Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib
- 16.05.2025 [15:33]
“Türk dünyasının Bəxtiyarı” – qiraət müsabiqəsinin seçim mərhələsi başlanıb
- 16.05.2025 [15:17]
Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd edilib
- 16.05.2025 [12:44]
Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 16.05.2025 [11:43]
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun növbəti uğuru
- 16.05.2025 [11:23]