İndoneziyada 7,1 bal gücündə zəlzələ olub
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 8-də səhər saatlarında İndoneziyanın şərqində Rixter cədvəli üzrə 7,1 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, zəlzələ ölkənin Şimali Maluku əyalətində olub. Zəlzələdən sonra fövqəladə sunami təhlükəsi elan edilib. İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin saytında sunami ehtimalının yüksək olduğu bildirilib. Qeyd olunub ki, yeraltı təkanların episentri Ternate şəhərindən 136 kilometrlik məsafədədir.
Xatırladaq ki, İndoneziyada ən böyük zəlzələ fəlakəti 2004-cü il dekabrın 26-da baş vermişdi. Həmin yeraltı təkanlar və sunami nəticəsində 200 min insan həyatını itirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]