İQTİSADİYYAT
“Infiniti” ailəsinin yeni üzvü – “Infiniti JX”
Bakı, 17 yanvar (AZƏRTAC). Ən son innovativ texnologiyaları özündə cəmləşdirən 7 oturacaqlı lüks krossover – yeni “Infiniti JX” bu ilin yayından etibarən “Infiniti” modelləri sırasını daha da zənginləşdirəcəkdir.
“Infiniti” modelinin Azərbaycandakı rəsmi distribüteri “Nurgun Motors” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, yeni “JX” lüks krossover alıcılarının tələblərini maksimum qarşılayan geniş, rahat və təhlükəsizliyi ilə seçilən çevik interyer təqdim edir. Üç sıra və 7 oturacaqla təchiz edilmiş yeni “Infiniti JX” premium-klass seqmentinin bütün funksiyalarını, dinamikasını özündə əks etdirir.
“Infiniti” brendinin Yaxın Şərq ölkələri üzrə baş meneceri Yurgen Şmitz yeni model haqqında məlumat verərək bildirmişdir ki, “Infiniti JX” görünüş baxımından adi avtomobillərdən fərqlənir. Bununla, ən son avtmobil texnologiyaları, özünəməxsus dizaynı və cəlbedici dinamikası ilə effektiv sedanı xatırladaraq əlverişlilik, rahatlıq və təhlükəsizliyin bütün tələblərinə cavab verir. “Infiniti JX” öz sinfində, xüsusi funksional imkanları sayəsində liderdir. “JX” intellektual idarəetmə sisteminə malik avtomobildir.