İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNƏ DİQQƏT ARTIR
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti “İnformasiya təhlükəsizliyi - beynəlxalq terrorizmlə mübarizənin amili kimi” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün mayın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşəcəkdir.
Nümayəndə heyətinə deputat Siyavuş Novruzov, Milli Məclis sədrinin köməkçisi - MDB Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov da daxildirlər. Konfransda “İnformasiya texnologiyalarından beynəlxalq terrorizmlə mübarizədə istifadə edilməsi”, “Vətəndaş cəmiyyəti terrorizm ideologiyasına qarşı. Kütləvi informasiya vasitələri və beynəlxalq terrorizm. Fikir azadlığına ehtiram”, “Beynəlxalq antiterror informasiya məkanının formalaşmasında parlamentlərin rolu” və digər mövzularda məsələlər müzakirə olunacaqdır. Azərbaycan parlamentinin nümayəndələri diskussiyalarda iştirak edəcək, məsələlərə münasibətlərini və təkliflərini bildirəcəklər.
Səfər mayın 14-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]