İNGİLTƏRƏ KRALİÇASI TÜRKİYƏDƏ SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 13-də İngiltərə kraliçası II Yelizaveta 36 illik fasilədən sonra yenidən Ankaraya səfərə gəlmişdir. Bu, Britaniya taxt-tacı sahibinin Türkiyəyə üçüncü səfəridir.
Kraliça II Yelizaveta və Edinburq qrafı Filip Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etmiş, Anıt qəbirə çələng qoymuşdur.
Çankaya köşkündə Britaniya kraliçasının rəsmi qarşılanma mərasimi olmuşdur. Kraliçanın şərəfinə rəsmi ziyafət təşkil olunmuşdur. Türkiyə Prezidenti Abdullah Gül ilk dəfə olaraq bu ziyafətdə frak geymişdir.
II Yelizavetanın Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşü olacaqdır. Kraliçanın səfər proqramına İstanbul və Bursada görüşlər də daxildir. İstanbulda olarkən II Yelizavetanın iqamətgahının Britaniya Kral Donanmasına məxsus hərbi gəmi olacağı diqqət çəkmişdir. Bu səbəbdən Bosfor boğazında təhlükəsizlik tədbirləri gücləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]