İnşa-yazı müsabiqəsində Bərdənin 30 ümumtəhsil məktəbinin şagirdləri iştirak edib
Bərdə, 2 may, AZƏRTAC
Bərdədə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir. Mayın 2-də Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Bərdə şəhər 7 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev ideyaları müstəqil Azərbaycanın qalibiyyətinin təntənəsidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb.
Otuz ümumtəhsil məktəbindən 30 şagirdin iştirak etdiyi müsabiqədə məktəblilər 2 saat ərzində düşüncələrini kağız üzərinə köçürüblər. İnşa-yazı müsabiqəsinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçiriləcək ümumrayon tədbirində diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.