Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iclasda insan alveri ilə mübarizə üzrə beynəlxalq mexanizmlərin təşəkkülündən söz açıb, Azərbaycanda bu cinayət növünə qarşı mübarizə üzrə beynəlxalq hüququn və mexanizmlərin tətbiqindən danışıb. O, insan alverinə qarşı həm milli, həm də qlobal müstəvidə mübarizənin zəruriliyini vurğulayaraq bildirib ki, dövlətimiz həmişə insan alveri ilə mübarizə istiqamətində ciddi siyasi iradə nümayiş etdirib. Komitə sədri Azərbaycanın bu sahədə gördüyü işlərin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirildiyini deyib.

Zahid Oruc Azərbaycanı insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri kimi dəyərləndirib, bu istiqamətdə Daxili İşlər Nazirliyinin fəaliyyətinə toxunub. O, nazirliyin ictimai təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması, insan alverinə qarşı mübarizə istiqamətlərində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, daxildə qanunçuluğun keşiyində və cinayətkarlıqla mübarizədə ön cərgədə dayanan milli polisimiz Vətən müharibəsi zamanı da cəbhədə ordumuzla çiyin-çiyinə idi. İkinci Qarabağ müharibəsində Azərbaycan polisinin 66 nəfərinin qəhrəmanlıqla şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfər hərbi qulluqçuya yüksək mükafatların, 4 nəfərə isə “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi həmin şərəfli döyüş yolunun parlaq ifadəsidir. O, Azərbaycanda insan alveri kimi transmilli mürəkkəb cinayətlə mübarizə sahəsində irəliləyişlərin, müsbət təcrübələrin əldə olunmasını dövlət və hakimiyyət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının koordinasiyalı fəaliyyəti və yeni yanaşmaların tətbiqi ilə bağlayıb.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda 2024-cü ildə insan alverinə qarşı mübarizəyə dair məlumatını qısa şərh edən komitə sədri bildirib ki, sənəddə insan alveri ilə mübarizə sahəsindəki vəziyyət əhatəli və sistemli şəkildə təqdim olunub. Verilən statistikaya diqqət çəkən komitə sədri məlumatda yer alan qanunsuz miqrasiya, məcburi əmək, insan alveri cinayəti faktları ilə bağlı fikirlərini bildirib. Komitə sədri vurğulayıb ki, hesabatdan vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşamasını, cinayət əməllərindən qorunmasını təmin edən güc strukturlarının insan alveri ilə mübarizə sahəsində öz işlərini ildən-ilə təkmilləşdirdiyi müşahidə olunur.

Sonra DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib. İdarə rəisi ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmin yaradıldığını, insan alverinə qarşı mübarizə üzrə tədbirlərin uğurla icra edildiyini söyləyib. O, illik məlumatın dövlət qurumlarının, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının məlumatları və təhlilləri əsasında hazırlandığını deyib. Qeyd edib ki, məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması, cinayət təqibi kimi tədbirlər öz əksini tapıb. Sözügedən istiqamətlərdə görülən işlər barədə məlumat verən Həzi Aslanov bildirib ki, insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi 2024-cü ildə də davam etdirilərək "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi barədə qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. Habelə “İnsan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi də hazırlanaraq rəy və təkliflərin bildirilməsi məqsədilə dövlət qurumlarına təqdim olunub.

Profilaktika, maarifləndirmə, təlim istiqamətləri üzrə görülən işlərdən danışan idarə rəisi qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq yeniliklər əmək münasibətlərinin şəffaflaşmasını təmin edib, bu sahədə elektron nəzarət və monitorinq imkanlarını genişləndirib, eləcə də vətəndaşların məcburi əməyin qurbanına çevrilmə riskini xeyli azaldıb.

Məruzəçi hesabat ilində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsi sahəsində görülən işləri nəzərə çatdırıb. O bildirib ki, hesabat dövründə insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161, məcburi əməklə bağlı 1, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayət qeydə alınıb. İnsan alveri və məcburi əmək cinayətləri ilə bağlı 15 cinayət işi başlanmış və 16 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Bununla yanaşı, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edilib ki, insan alverinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, maarifləndirmə işinin daha məqsədyönlü aparılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və digər mühüm vəzifələr Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdiriləcək.

Polis general-mayoru Həzi Aslanov çıxışının sonunda bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində verdiyi dəstəyə, səmərəli əməkdaşlığa görə parlamentə, vətəndaş cəmiyyətinə və mediaya təşəkkürünü bildirib.

Sənədin müzakirəsində daxili işlər orqanlarının ictimai asayişin qorunmasında, qanunun aliliyinin təmin edilməsində rolundan danışılıb. İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlu nəticələr təqdirəlayiq hesab edilib. Bu istiqamətdə QHT-lərlə səmərəli əməkdaşlıqdan söhbət açılıb. Müasir rəqəmsal mühitdə və sosial platformalarda insan alveri cinayətlərinin, habelə dələduzluq hallarının qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirilib. Müzakirələrdə, habelə insan alveri qurbanlarının qorunması, onların dəstəklənməsi tədbirlərinin, maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi qeyd olunub. Deputatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının mükəmməl hazırlandığını bildiriblər, bəzi təkliflərini səsləndiriblər.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov çıxışlarda səsləndirilən fikirlərə, qaldırılan məsələlərə münasibət bildirib, verilən sualları ətraflı cavablandırıb.

İclasa yekun vuran parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc müzakirələrin səmərəli keçdiyini söyləyib, insan alverinin yayılmasının səbəbləri, onların aradan qaldırılması yolları və digər bəzi məqamlara dair öz fikirlərini bölüşüb.

İclasın sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Barselona” “Kamp Nou” stadionuna vaxtından əvvəl qayıda bilər

Türkiyəli ekspert: Qərbi Azərbaycana qayıdış Ermənistanın inkişafına təkan verəcək

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Altı yarımstansiya Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub

Təxliyə olunan ABŞ vətəndaşı: Nənə və babamın azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir

İtaliyanın tanınmış basketbol komandası yeni baş məşqçiyə tapşırılıb

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər

Professor Gülçöhrə Məmmədova: Göy məscid Azərbaycan memarlığının nadir incisi idi, 1988-ci ildə yandırılıb

Alim: Müasir riyazi aparatdan istifadə edərək bəzi unudulmuş, dağıdılmış informasiyaları əldə etmək mümkündür

“E-bülleten” sisteminə keçidin faydaları

Azərbaycan və Serbiya Hərbi Hava Qüvvələrinin mütəxəssisləri perspektiv imkanları müzakirə ediblər

DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib

180 mindən artıq əhalinin elektrik təchizatında önəmli rol oynayan “Yevlax” qovşaq yarımstansiyası yenidən qurulub

Niderland Ukraynaya 175 milyon avroluq yeni hərbi yardım paketi ayırıb

Prezident İlham Əliyev Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib

Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatların aparılması məhdudlaşdırılır

FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib

Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat başlayıb

Əfsanəvi İp Manın tələbəsi: Azərbaycanda gənc nəslin döyüş sənətinə güclü və artan marağını görürəm – EKSKLÜZİV MÜSAHİBƏ

Fəlakət və hərbi əməliyyat nəticəsində məhv olmuş evlərlə əlaqədar Torpaq Məcəlləsinə dəyişiklik olunur

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

Gömrük Məcəlləsinə dəyişiklik edilir

ABA ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb

"Mançester Yunayted" skaut heyətini ixtisar edib

Rektor: Universitetimizin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans ən böyük tədbirimizdir

Britaniya 2035-ci ilə qədər ÜDM-in 5 faizini müdafiəyə xərcləyəcək

İsrailin müdafiə naziri atəşkəsin pozulmasından sonra Tehrana zərbələr endirmək əmri verib

Türk dövlətlərinin kredit büroları platformasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

“Amazon” Britaniyaya 54 milyard dollar investisiya qoyur

Nazir sertifikatlaşdırma imtahanında sualların çətin olmasına dair iddialara münasibət bildirib

Konqres Trampın müharibə səlahiyyətləri qətnaməsini bloklayıb

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib YENİLƏNİB - 3 VİDEO

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib YENİLƏNİB - 3 VİDEO

Sabah hava əsasən yağmursuz olacaq

Təl-Əviv: İran atəşkəs rejimini pozarsa, cavabını alacaq

“İmişli” klubu portuqaliyalı baş məşqçi ilə müqavilə imzalayıb

Xızıda meşələrin yanğın təhlükəsizliyinə dair tədbir keçirilib

Tarix və Etnologiya İnstitutunda Amasya sülhünün 470 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb

Emin Əmrullayev: Hazırda məktəbli formalarında dəyişiklik nəzərdə tutulmur

Azərbaycan qazax mahnıları festivalında təmsil olunub

DİM-in əməkdaşı: Xoreoqrafiya üzrə qabiliyyət imtahanlarında gün ərzində 70 abituriyent iştirak edir

Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün: Sevinirəm ki, nəvələrim Qarabağda böyüyəcəklər

Keçmiş məcburi köçkün: Həsrətində olduğumuz torpaqlara qovuşuruq

Diabetə qarşı daha effektiv yeni preparat hazırlanıb

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun müasir səviyyədə qurulması Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu gücləndirir

® Honor X9C: Texnologiyanı cibinizdə daşıyın

Nazir: Müəllimlərin işə qəbulu imtahanları iyul ayında keçiriləcək

Peşəkar Futbol Liqasının rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycan ilə Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcəklər

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Böyük Qayıdış: Ağdərə və Ağdam rayonlarına növbəti köç yola salınıb FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Xızıda Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışında iştirak ediblər

Son beş ayda “e-sosial” internet portalından 6 milyon 700 min dəfə istifadə olunub

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı formalaşdırılacaq

Bu gün təşkil olunan sertifikatlaşdırma imtahanına 6 mindən çox müəllim dəvət olunub

Parlamentdə “İstilik təchizatı haqqında” Qanun layihəsi təsdiqlənib

Hesabat: Səs-küy çirklənməsi Avropada milyonlarla insanın sağlamlığına zərər verir

® Mərkəzi Gömrük Hospitalının bir qrup əməkdaşı Fəxri fərmanla təltif olunub

Xocavənd rayonunda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

“Azərxalça” ASC-nin Qəbələdə fəaliyyət göstərən emalatxanasında növbəti sərgi və satış salonunun açılışı olub

Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək

Emin Əmrullayev: 2025–2026-cı tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramına mindən çox müraciət daxil olub

Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb

MDB ölkələrinin III Oyunlarının boks yarışları Yevlax Olimpiya İdman Kompleksində keçiriləcək

KOBİA: Dayanıqlı maliyyə sistemlərinin yaradılmasında rəqəmsal alətlərin rolu artmaqdadır

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

“Green Tech” MMC ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Cey Di Vens: ABŞ-ın zərbələrindən sonra İran nüvə silahı hazırlaya bilməz

Sumqayıtda yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb

ABŞ-da rekord səviyyədə istilər qeydə alınıb

Nazir: Respublika fənn olimpiadalarında iştirakçıların sayı 80 mini ötüb

Lionel Messi unikal göstəriciyə imza atıb

Azərbaycan Bolqarıstanda Lavanda festivalında iştirak edib

Mütəxəssis: Hamiləlik zamanı infeksiyalar ana və körpə üçün zərərli ola bilər

“Neftçi” Filip Ozobiçlə yollarını ayırıb

® “PAŞA Holdinq”in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub

Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir

Milli Məclisin növbəti plenar iclası keçirilir

DİN qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

“Visa”: Azərbaycan bizim üçün rəqəmsal ödəniş üzrə strateji bazardır

Vüsal Qasımlı: Finteks sektoru bütün iqtisadi sistemin fəaliyyət prinsiplərini dəyişir

ÜMT: Asiyada istiləşmə qlobal orta göstəricidən iki dəfə sürətlidir

Dünya birjalarında Azərbaycan nefti 80 dollara satılıb

DİN: Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılıb

DİM nümayəndəsi: Tofiq Bəhramov adına Respublika Stadionunda qabiliyyət imtahanlarında hər gün 240 nəfər iştirak edir

Dünya birjalarında neft ucuzlaşıb

Qızıl və gümüşün ucuzlaşması davam edir

Kazemiro “Mançester Yunayted”i tərk edir

Zaqatalanın çay plantasiyalarında bol məhsul yetişib VİDEO

Zaqatalanın çay plantasiyalarında bol məhsul yetişib VİDEO

ABA: Ölkədə elektron ticarət dövriyyəsi 1,4 dəfə artıb

ÜST: Tütündən istifadə hər il 7 milyondan çox insanın həyatına son qoyur

May ayında “815” Çağrı Mərkəzinə 13 mindən çox zəng daxil olub

ADY ilə Azərbaycan Turizm Bürosu arasında əməkdaşlıq sazişi imzalanıb

Qabiliyyət imtahanlarında iştirak etmək üçün V qrupa aid ixtisaslar üzrə 36 min 778 nəfər qeydiyyatdan keçib

Ölkənin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə edilir – FAKTİKİ HAVA

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Bəzi çaylarda suyun səviyyəsi artıb – FAKTİKİ VƏZİYYƏT

Prezident İlham Əliyev: Bu gün ölkəmiz dünya miqyasında sabitlik, inkişaf, tərəqqi məkanı kimi tanınır

Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir