İNSTİTUT ELMİ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 4 aprel ( AZƏRTAC). Azərbayan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Elmi Şurasının həmkarlar İttifaqı komitəsi ilə birgə iclası keçirilmişdir.
İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə İTİ-nin nəzdində yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını həyata keçirən Dissertasiya Şurasının təsis edilməsi haqqında məlumat vermiş, texnika elmləri üzrə iki ixtisas - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və “Sosial və iqtisadi sistemlərdə idarəetmə” üzrə dissertasiyaların müdafiə olunacağını bildirmişdir.
R.Əliquliyev İTİ-də “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının təsis edildiyini nəzərə çatdırmışdır.
İnstitutun şöbə müdiri, texnika elmləri namizədi Əmiraslan Əliyev İTİ əməkdaşlarının internet xidmətləri ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında danışmış, köhnəlmiş serverlərin yeniləri ilə əvəz edilməsi, yeni proqram təminatının alınması və s. haqqında məlumat vermişdir.
İnstitutun maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar görülmüş tədbirlər haqqında İTİ-nin həmkarlar ittifaqı komitəsinin sədri, şöbə müdiri Səyyar Abdullayev və şöbə müdiri, texnika elmləri namizədi Rəşid Ələkbərov danışmışlar.
İnstitutun şöbə müdirləri Mədinə Səidova, Rəsmiyyə Mahmudova “Elektron kitabxana” və “Tədris-İnnovasiya Mərkəzi” layihələri çərçivəsində görüləcək işlərlə əlaqədar məlumat vermişlər.
Sonda kadr məsələlərinə baxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]