Azərbaycan Dövlət İnformasiya Agentliyi

İordaniya mətbuatında görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında məqalə dərc olunub

İordaniya mətbuatında görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında məqalə dərc olunub

Əmman, 17 aprel, AZƏRTAC

“Aida İmanquliyeva ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş azərbaycanlı alimdir”. AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin İordaniyada çıxan gündəlik “Əl-Qad” qəzetində dərc olunmuş məqaləsi belə adlanır.

Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, pedaqoq Aida Nəsir qızı İmanquliyevaya həsr olunmuş məqalədə deyilir ki, ərəb dünyası bəşər mədəniyyətini misilsiz əsərlər ilə zənginləşdirib. Alimlər, tədqiqatçılar, tərcüməçilər olmadan bu əsərlər dünyanın intellektual-fəlsəfi məkanına çıxa bilməzdi. Odur ki, müasir ərəb dünyasının ömrünü zəngin ərəb mədəniyyətinin və ədəbiyyatının araşdırılmasına həsr etmiş, ərəb fəlsəfi fikrinin bütün dünyaya inteqrasiyasının başlanğıcını qoymuş alimlərin adlarını öyrənməsi ədalətli olardı.

Məqalədə deyilir: “XX əsr şərqşünaslığının tarixində Aida İmanquliyevanın adı müstəsna yer tutur. O, ərəb ədəbiyyatının tədqiqatçısı və Müqəddəs Qurani-Kərimin tərcüməçisi İqnati Kraçkovski (1883-1951-ci illər) və digər böyük alimlərlə bərabər, öz elmi axtarışları ilə dünyanı ərəb poeziyası və nəsri, ərəb filologiyası, müasir ərəb ədəbiyyatı, mədəniyyəti ilə tanış edirdi”.

Xüsusi vurğulanır ki, istedadlı alim və ictimai xadim A.İmanquliyeva Azərbaycanın tarixində ilk qadın şərqşünas alim, filologiya elmləri doktoru və professor, Azərbaycan şərqşünaslığında mühacir ərəb ədəbiyyatının ilk qadın tədqiqatçısı, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsini tutan ilk qadın olub. O, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin və Şərq Ədəbiyyatının Tədqiqi üzrə Ümumittifaq Əlaqələndirmə Şurasının üzvü olub. Azərbaycanlı alim bu qurumlar çərçivəsində ərəb mədəniyyətinin, ədəbiyyatının və filologiyasının öyrənilməsinə və təbliğinə böyük töhfə verib. Azərbaycan şərqşünaslıq məktəbinin parlaq nümayəndəsi, elmi ictimaiyyətdə böyük nüfuz sahibi olan sanballı elm xadimi Aida xanım ərəb ədəbiyyatı və filologiyasının tarixi sahəsində araşdırmaların aktual məsələlərinə həsr olunmuş elmi konfranslarda və simpoziumlarda Azərbaycanı təmsil edib.

Müəllif yazır ki, Azərbaycan alimi yeni ərəb ədəbiyyatı və ərəb ölkələrində mədəni İntibah tarixi sahəsində nüfuzlu mütəxəssis kimi artıq ötən əsrin 70-ci illərində öz əsərlərində yeni ərəb romantizminin fəlsəfi inkişafını işıqlandırıb, müasir ərəb ədəbiyyatının ən əhəmiyyətli cəhətini - humanizmi üzə çıxarıb. Məqalədə deyilir: “O, ötən əsrin 20-ci illərinin ərəb mühacir ədəbiyyatının müxtəlif aspektlərini əsaslı şəkildə öyrənərək, öz əsərlərində ənənəvi formalardan uzaqlaşma meyillərini, poeziyada romantizmin və nəsrdə tənqidi realizmin təsdiq edilməsini, habelə Şərq ilə Qərb mədəni ənənələrinin sintezini elmi cəhətdən əsaslandırmağa çalışıb ki, bu da ərəb dünyasında müasir fəlsəfi fikrin təbliğində böyük rol oynayıb”.

Məqalədə o da vurğulanır ki, Aida İmanquliyeva Şərq ilə Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olub. O özünün çoxsaylı elmi əsərlərində mədəni əlaqələrin sintezini, yaradıcı metodun inkişafını və yeni bədii üslubun formalaşmasını təhlil edib. Bu da təkcə ərəb ədəbiyyatının deyil, həm də yeni Şərq ədəbiyyatlarının hamısının bu aspektdə təhlili üçün çox mühüm zəmin yaradır.

Məqalədə yeni ərəb poeziyası və nəsri tarixində bütöv bir dövrü müəyyən edən gənc ərəb yazıçılarının yaradıcılığını tədqiq edən professor A.İmanquliyevanın elmi maraqlar sahəsi ətraflı təsvir olunur. Bunlar “Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyaları, habelə 70-dən çox elmi məqalə, o cümlədən “Ərəb filologiyası məsələləri”, ”Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Yeni ərəb ədəbiyyatının formalaşmasında qarşılıqlı ədəbi əlaqələrin rolu” və s. məqalələrdir. A.İmanquliyeva Şərq ədəbiyyatı haqqında bir sıra kitab və məqalələrin elmi redaktorudur. O, böyük maarifçilik və ictimai fəaliyyət ilə məşğul olub, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından və filologiyasından dərs deyib, fəal şəkildə tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Onun rəhbərliyi ilə onlarca alim elmi həyata vəsiqə alıb.

Müəllif yazır: “Aida xanım İmanquliyevanın görkəmli ərəbşünas alim kimi böyük populyarlıq qazanmasına onun yüksək intellekti, gözəl xasiyyəti, bədii istedadı, məqsədyönlülüyü, sarsılmaz prinsipiallığı, elmi baxışlarını əsaslandırmaq bacarığı, habelə mükəmməl və nəcib aurası kömək edib. Onda insaniyyət, peşəkarlıq və qadın incəliyi harmonik birləşib”.

Məqalədə deyilir ki, Aida İmanquliyevanın dərin elmi təfəkkürü, dünyagörüşü və geniş baxışları ona nəinki elmi ictimaiyyət, hətta sadə insanların arasında hörmət qazandırıb. Onun cazibəsini, səmimiliyini, xeyirxahlığını təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da çoxsaylı tələbələri, dostları, həmkarları qeyd edirlər. “Aida xanım İmanquliyeva təkcə elmə sonsuz sədaqətin deyil, həm də çətin vəziyyətə düşən adama kömək etməklə xeyirxahlığın əsl timsalı olub” - deyə müəllif yazır.

Məqalədə vurğulanır: “Müəllimlər, jurnalistlər arasında tərbiyə almış, məşhur kübar nəslin parlaq nümayəndəsi Aidə İmanquliyevanın qadın hərəkatı tarixində xüsusi yeri var. Onun hər iki qızı - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mili Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva analarının ideyalarının davamçılarıdır. Onlar Azərbaycanın mədəni və elmi irsinin dünya mədəni və elmi mühiti ilə qarşılıqlı əlaqələrinə və qarşılıqlı təsirlərinə nail olmaq məqsədilə onun qorunub saxlanmasına kömək göstərməyi davam etdirirlər”.

Müəllif diqqəti belə bir fakta da cəlb edir: 2006-cı ildə Heydər Əliyev Fondunun İSESCO ilə əməkdaşlığı çərçivəsində A.İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabı ərəb dilinə tərcümə edilərək nəşr olunub. Burada alim üç qabaqcıl ərəb yazıçısının - Cübran Xəlil Cübran, Mixail Nuaymə və Əmin ər-Reyhanın timsalında müvafiq tarixi dövrün mənəvi və mədəni kontekstinin ensiklopediyasını, Şərq müdrikliyi ilə Qərb dəyərlərinin qovuşmasını, ərəb ruhunun əbədiyaşarlığını araşdıraraq üzə çıxarıb. Kitab ərəb alimləri, bir çox ölkələrin görkəmli şərqşünasları arasında böyük əks-səda doğurub. Onlar Aida xanımın çoxillik məhsuldar fəaliyyətinə yüksək qiymət veriblər. Azərbaycan Milli Elmlər Akademiyası və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyəti tərəfindən təşkil olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-ədəbi əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunda, habelə AMEA tərəfindən təşkil olunmuş “Şərq xalqları ədəbiyyatı” beynəlxalq konfransında dünyanın bir çox ölkələrinin böyük alimləri yekdil fikirdə olublar ki, A.İmanquliyevanın çoxşaxəli elmi fəaliyyəti dünya mədəni nailiyyətləri xəzinəsinə əvəzsiz töhfə verib.

Məqalənin sonunda qeyd olunur ki, azərbaycanlı alim qısa, lakin mənalı ömrünü Şərq mədəniyyəti və ədəbiyyatının tədqiqinə həsr edərək, keçmiş və müasir dövrün dərin fəlsəfi təfəkkürü arasındakı gözəgörünməz əlaqələri üzə çıxarmağa cəhd edib. Aida xanımın intellektual irsi Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında, dövlətlərimiz arasında münasibətlərin inkişafında bu gün də mühüm rol oynayır. Şübhəsiz ki, ona nəinki alim kimi parlaq nəticələr əldə etmək, həm də öz xalqının qəlbində kamilliyin rəmzi kimi qalmaq müyəssər olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda sürücü sükan arxasında ölüb

İsveçdə uşaq zorakılığı ilə bağlı onlarla şübhəli müəyyən edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının son günündə 5 medal qazanıblar

İbrahim Kalın: Müasir Türkiyə tarixin gedişatını istiqəmətləndirən aktordur

“QUMUN 2026” iştirakçıları beynəlxalq qərarqəbuletmə proseslərini simulyasiya ediblər

Nərimanov rayonunda “Opel” markalı avtomobildə yanğın olub

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

“Qarabağ” növbəti transferini reallaşdırıb

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Trump: İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub

Qaxlı müəllimlər atıcılıq üzrə yarışda bacarıqlarını sınayıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Yeni çağırışlar” kitabı təhsil ictimaiyyətinin diqqət mərkəzində

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb

İƏT-ə üzv 15 ölkə Somalinin separatçı bölgəsinin İsraildə səfirlik açmaq niyyətini pisləyib

“Real Madrid” 10 futbolçusunu sata bilər

Qazax bəstəkarı: Qıpçaq qızı Appak və Nizami Gəncəvi haqqında opera Türk dünyasının birliyinin simvoludur - MÜSAHİBƏ

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb

İstanbulda keçirilən Etnoidman Mədəniyyət Festivalında Azərbaycan musiqisi və ədəbiyyatı geniş təbliğ edilir

İçərişəhər WUF13 çərçivəsində canlı və rəngarəng incəsənət platformasına çevrilib

Şəki və Zaqatalada qəbul imtahanı 11 mərkəzdə aparılıb

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

Azərbaycan və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

“Airbus” rəhbəri “Scaf” döyüş təyyarəsi layihəsinə yenidən baxılmasını istəyir

Bakıda 26 dərəcəyədək isti qeydə alınıb, bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Bu saata olan əsas xəbərlər

Türkiyənin energetika naziri: Avropada “elektrik TANAP”a maraq artır

Azərbaycan Moskvada keçirilən “Spring Bazaar” layihəsində təmsil olunub

Azərbaycan millisinin baş məşqçisi: Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik

“Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqlayıb

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Cəlilabadda zəlzələ baş verib

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

Azərbaycan tarixi Səməd Vurğun yaradıcılığında

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq, danışıqlar davam etdiriləcək

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

Türkiyədə zəlzələ olub

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Bu gün II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək

Kiyevə raket zərbələri davam edir, yaralıların sayı artıb  - YENİLƏNİB 2

Meksikanın nüfuzlu jurnalında Azərbaycanla bağlı silsilə məlumatlar dərc olunub

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

ABŞ Prezidenti: İranla sazişin təfərrüatları tezliklə açıqlanacaq

“Bavariya” futbol üzrə Almaniya kubokunun qalibi olub

Fransada Yelisey sarayında axtarış aparılıb

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Azərbaycan Minifutbol Federasiyasının prezidentinin millinin üzvləri ilə görüşü olub

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi olub

U-15 Avropa çempionatında daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Azərbaycanın qadın karateçisi Avropa çempionu olub

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hindistan və İsveç Veneraya birgə missiya hazırlayır

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

Premyer Liqada daha bir oyun reallaşıb

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib