İORDANİYADA 28 MAY – RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın milli bayramı 28 May - Respublika günü İordaniyanın rəsmi və ictimai dairələrində geniş qeyd edilmişdir. Ölkənin “Petra” mərkəzi xəbər agentliyində və yerli qəzetlərin səhifələrində bayram münasibətilə Kral II Abdullahın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunun mətni dərc edilmişdir. Respublika günü münasibətilə İordaniyanın müxtəlif dövlət qurumları, idarə və təşkilatları, ayrı-ayrı şəxslər tərəfindən səfirliyə təbrik məktubları göndərilmişdir.
Səfirlik tərəfindən Əmman şəhərinin “Radisson SAS” mehmanxanasında İordaniyanın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, tanınmış ziyalıların və İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti nümayəndələrinin iştirakı ilə ziyafət təşkil edilmişdir.
Tədbirin keçirildiyi salon Azərbaycan bayrağı, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, İordaniyanın sabiq Kralı Hüseynin və Kral II Abdullahın portretləri ilə bəzədilmiş, ölkəmizin təbiətini və memarlıq incilərini təcəssüm etdirən fotostendlər yerləşdirilmişdir.
Mərasimdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair qısametrajlı film göstərilmiş, xalq mahnıları səsləndirilmişdir. Qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri haqqında kitab və bukletlər paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]