DÜNYA
İQLİM DƏYİŞİKLİYİ ALP BUZLAQLARINA TƏSİR GÖSTƏRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iqlim dəyişikliyi Alp dağlarının ən hündür zirvəsindəki buz qatlarına təsir göstərir. Bu barədə Fransa Elmi Araşdırmalar Mərkəzi artıq həyəcan təbili çalmağa başlamışdır.
İqlim dəyişikliyi ilə məşğul olan alimlər Alp dağlarının 4.250 metr və 3.400 metr hündürlüklərində uzun müddət apardıqları tədqiqatlardan sonra belə qənaətə gəlmişlər ki, temperaturun getdikcə yüksəlməsi buzlaqlara təsir göstərir və onların əriməsinə səbəb olur.
Mon Blan massivində aparılmış tədqiqatlar göstərmişdir ki, iqlim şəraiti 1994-2005-ci illərdə dəyişmiş, havanın temperaturu son 9 ildə 1-1,5 dərəcə yüksəlmişdir.
Alimlərin fikrincə, havanın temperaturu 8 dərəcə artarsa, Alp dağlarının qalınlığı 60 metrə çatan buzlaqları 2060-cı ildə tamamilə əriyib yox ola bilər ki, bu da ciddi təbii fəlakət yaradar.