Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası işə başlayıb YENİLƏNİB

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Bakıda iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssaslığı ilə seçilən inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası işə başlayıb. İclasın müzakirə mövzusu COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan itki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlardır.

AZƏRTAC xəbər verir ki, tədbiri açan COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.

İtki və Zərərə Cavab Fondunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir tərəfdaşların iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirmələrinin, dəyən zərərlə bağlı müvafiq işlərin görülməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, COP29 ərəfəsində ötən illərdə keçirilmiş tədbirlərin nəticələrinə əsaslanaraq irəli getmək lazımdır.

Onun sözlərinə görə, iqlim dəyişikliyi təbiətə dəyən ziyan və insan itkiləri ilə müşahidə olunur. Bunun bariz nümunələrindən biri də Asiya ölkələrində tüğyan edən qasırğalar və daşqınlardır. Həmin təbiət hadisələri nəticəsində qitə ölkələri ciddi itkilərə məruz qalıb.

İqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərməyin vacibliyini vurğulayan M.Babayev İtki və Zərərə Cavab Fondunun bu istiqamətdə mühüm rol oynayacağını da diqqətə çatdırıb.

M.Babayev qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatı cari il sentyabrın əvvəlində yayımladığı hesabatında Afrika ölkələrinin iqlim dəyişikliyi səbəbindən ÜDM-in 5 faizini itirdiyini qeyd edib. Az inkişaf etmiş ada ölkələri isə 2,1 faiz iqtisadi zərərə uğrayıblar.

COP29-un müəyyən edilmiş Prezidenti vurğulayıb ki, dənizaşırı ölkə Tonqoda olarkən iqlim dəyişikliyinin törətdiyi fəsadların canlı şahidi olub.

“İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin bundan əvvəlki iclasından ötən müddət ərzində xeyli irəliləyişə nail olmuşuq. Biz həmin iclasda ev sahibi olan ölkəni seçdik”, - deyən Muxtar Babayev ev sahibliyinə görə Filippin dövlətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üç gün davam edəcək iclasında Fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.

2023-cü ildə təsis edilən İtki və Zərər Fondunun ilk iclası cari il mayın 1-də, ikinci iclası isə iyulun 9-da keçirilib. Fondun yaradılmasında məqsəd iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı, xüsusilə inkişaf etməkdə olan ölkələrə yardım göstərməkdir.

Tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.

İclas çərçivəsində Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi Fondun əməli fəaliyyətinin reallaşması istiqamətində tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, bu, ölkəmizə inam və etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin və bu xüsusda, inkişaf etməkdə olan dövlətlərə, o cümlədən kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir. Bu tədbirin ölkəmizdə təşkili həm də Azərbaycanın qlobal səviyyədə bir oyunçu olaraq geosiyasi əhəmiyyətini artırır və mövqelərini gücləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Harrislə yeni debatdan imtina edib

ABŞ-ın saxta əsaslarla ölkəmizə qarşı iradlar irəli sürməyə başlaması qəbuledilməzdir - ŞƏRH

ABŞ-da “Milton” qasırğası nəticəsində bir neçə nəfər ölüb

Yun Sok Yol: Vahid, nüvəsiz Koreya yarımadası Hind-Sakit okean regionuna fayda gətirər

Dərimizdəki mikrobların sağlamlığımızda hansı rolu var? - ARAŞDIRMA

“Lloyd's of London”: Geosiyasi mübarizə qlobal iqtisadiyyata 14,5 trilyon dollara başa gələ bilər

İsveç enerji şirkəti PFAS-ın ölçülməsi üçün yeni metodu sınaqdan keçirir

Multivitamin qəbul edərkən 4 məqamı nəzərə almaq lazımdır

Zelenski Almaniyaya səfər edəcək

Dünyada erkən yaşlarda xərçəng xəstəliyinin artması halları müşahidə olunur - ARAŞDIRMA

Kaxa Kaladze: Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsinin heç bir dəyəri yoxdur

Balkan ölkələri Ukraynaya dəstəyi yeniləyib

Bosniya və Herseqovinada daşqın nəticəsində ölənlərin sayı artıb

“Sabah” FIBA Avropa Kubokunda ilk oyununu keçirib

Ukrayna Rusiya ərazisində pilotsuz təyyarələrin saxlandığı bazaya hava hücumu edib

Bayden və Netanyahu arasında telefon danışığı olub

Odessanın limanı raketlə vurulub, azı 6 nəfər həlak olub

MEDİA: “EekadFacts” internet resursunda yayılan məlumatlar reallığı əks etdirməyən təxəyyül məhsuludur

Daşkəsən rayonunda şəhid anaları ilə görüş keçirilib

Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

Polis zabiti avtomobil qəzasında həlak olub

QHT rəhbərləri üçün COP29 ilə bağlı məlumat sessiyası keçirilib

Zelenski: Ukraynanın NATO-ya üzvlüyü sülh şəraitində mümkün ola bilər

“Coursera” şirkəti Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək

Mariya Zaxarova COP29 ərəfəsində ABŞ-ın Azərbaycana təzyiqini “klassik taktika” adlandırıb

Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb

COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib

Ukrayna münaqişənin gələn ildən gec olmayaraq başa çatmasını istəyir

TDT xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub

Ramil Həsən: Barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət edilməlidir

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb

Ordubad şəhərində vətəndaşlarla görüş olub, onları narahat edən məsələlər dinlənilib

Pedaqoji Universitetdə ekosərgi: “Atma, yarat”

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər

Nizami Qasımov: Xınalığa aid layihə hazırda nəzərdə tutulan 22 layihədən biridir

Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib

Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı ictimai dinləmə təşkil edilib

Güclü “Milton” qasırğasına görə ABŞ-da 1700-dən çox uçuş təxirə salınıb

Dövlət Vergi Xidməti: Yaşıl iqtisadiyyatın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür

Geologiya və Geofizika İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib

“Mançester Yunayted”in məşq prosesini gizli saxlamaq üçün nəhəng divar inşa edilib

“Türk Hava Yolları”nın pilotu aviareys zamanı vəfat edib

Qaribaşvili: Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi daxili işlərimizə “həyasız müdaxilədir”

İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə hər kəsin səsi və maraqları nəzərə alınmalıdır - ŞƏRH

Ekspert: Erməni xalqının rifahı yalnız Azərbaycanla imzalanacaq sülh sazişindən asılıdır

Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi: COP29-a aparan yollar

Ukraynada çalışan azərbaycanlı həkim: Hadrutda kölgəsində böyüdüyüm çinarı tapdım...

“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib

Elmi seminarda Volqa çayının Xəzərə təsiri barəsində məruzə dinlənilib

Fuad Nağıyev: Xınalıqda məskunlaşan sakinlərlə daim təmasdayıq

Gənclər və İdman Nazirliyi ilə SESRIC arasında əməkdaşlıq müzakirə olunub

Paytaxtın restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır

Akademik Teymur Kərimli: Füzulinin irsi bütün bəşəriyyətə xidmət edir

Ankarada “Discord” mesencerinə girişin bloklanmasının səbəbləri açıqlanıb

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib YENİLƏNİB VİDEO

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

İtaliyalı turist: Xınalıq kəndi öz mövqeyinə görə tamamilə heyrətamizdir

Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək

® “Kapital Bank”ın “Cəbrayıl” filialının açılışı olub

Bakıda XI Avrasiya uşaq həkimlərinin konqresi keçirilib

® “Umico Bonus” loyallıq proqramı yenilənib

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Ağdamda “Mercedes” və “VAZ” avtomobilləri toqquşub

Melinda Frenç Qeyts: Bütün dünyada qadınların sağlamlığına etinasız yanaşılır

Naxçıvanın Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Bakıda təcrübə keçirlər

“Kosmos və iqlim dəyişikliyi” - tədbir

Yeni məhkəmə hakimləri and içiblər

Elşən Ağalarov: Xınalıqda 2026-cı ilə qədər 100 evin tikintisi nəzərdə tutulub

Ukraynalı uşaqlar üçün Qəbələdə və Şəkidə ekskursiyalar təşkil edilib

Oman və Qətərin nümayəndələri Azərbaycan Milli Kitabxanasının fonduna kitab bağışlayıblar

Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək

Qax Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub

Slovakiyada Baş nazirə qarşı sui-qəsd terror aktı hesab edilməyib

FHN Qəbələ regional “ASAN xidmət” mərkəzində təlim keçirib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib YENİLƏNİB VİDEO

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində 162 şagird təhsil alır

Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçiləri Azərbaycana dəvət olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri necə aparılmalıdır?

Azərbaycanın MDB çərçivəsində mövqeyi ölkəmizin nüfuzunu göstərir - RƏY

Dünya üçüncüsü olan Azərbaycan atıcısı: Daha yaxşı nəticə qazana bilərdim

COP29 Əməliyyat Şirkəti dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk Azərbaycan şirkəti olacaq VİDEO

UNEC ilə Türkiyə Rəqabət Qurumu əməkdaşlığa başlayır

Avropa çempionatında çıxış edəcək Azərbaycan boksçuları müəyyənləşib

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

Neftçalada 42 kilometrlik yol infrastrukturları yenidən qurulub VİDEO

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində yenidən tədris başlayıb - YENİLƏNİB VİDEO

Daha 20 məhkumun qiymətləndirilməsi aparılıb

Bakıda fəaliyyət göstərən avtobusların sayı açıqlanıb

Dünya çempionatı: Azərbaycan minifutbol millisi pley-off mərhələsinə vəsiqə qazanıb

® “Priceless” Azərbaycanda: Eksklüziv təcrübələri qarşılayın

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib YENİLƏNİB VİDEO

“Netflix” Qabriel Markesin romanı əsasında serialın premyerasının tarixini açıqlayıb

Aqrar Sığorta Fondunda Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Dövlət Turizm Agentliyi Xınalıq kəndinə mediatur təşkil edib

Misirdə “Azərbaycanı kəşf et!” layihəsi çərçivəsində növbəti tədbir təşkil edilib

BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

Macarıstan Milli Bankı inflyasiyanın səviyyəsini azaltmaqda israrlıdır