İran millisi Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışına qələbə ilə başlayıb

Bakı, 5 noyabr, AZƏRTAC
İran millisi Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, A qrupu çərçivəsində İran güləşçiləri Türkiyə seçməsi ilə üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda İran millisi 6:4 hesabı ilə qalib gəlib.
Saat 16:00-da turnirin açılış mərasimi olacaq.
Daha sonra - saat 17:00-dan A qrupunun İran - Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək.
B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən turnirdə iştirak etməyəcək.
Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [17:47]
AHİTA və Velosiped İdmanı Federasiyası əməkdaşlığı gücləndirir
- 23.05.2025 [16:29]
Fernandu Santuş: Gənc futbolçuların potensialını üzə çıxarmaq lazımdır
- 23.05.2025 [16:16]
Azərbaycan millisinin Latviya və Macarıstanla oyunlar üçün heyəti açıqlanıb
- 23.05.2025 [15:49]
“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
- 23.05.2025 [15:06]
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
- 23.05.2025 [14:02]