İran “Nüvə sazişi” üzrə öhdəliklərlə bağlı növbəti addımı atmağa hazırdır

Tehran, 24 oktyabr, AZƏRTAC
İran “Nüvə sazişi” üzrə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində dördüncü addımı atmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.
O bildirib ki, hələlik, Avropa dövlətləri ilə danışıqlar aparılır. Əgər bu danışıqlar nəticəsiz qalsa, o zaman İran növbəti addımını atacaq.
Xatırladaq ki, 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqında sazişə görə, Avropa dövlətləri İran ilə ticarət əlaqələrini davam etdirmək üçün xüsusi mexanizm hazırlamalı idi. Lakin Fransa, Almaniya və Böyük Britaniya nəinki bunu etmədilər, əksinə, bəzi hallarda ABŞ-ın İrana qarşı tətbiq etdiyi ədalətsiz sanksiyaları dəstəklədilər.
ABŞ-ın sazişdən birtərəfli qaydada çıxmasından, Avropa dövlətlərinin isə öhdəliklərini yerinə yetirməmələrindən sonra İran da öz öhdəliklərini azaltmağa başlayıb. Artıq İran ağır su istehsalı və uranın zənginləşdirilməsi işlərinə başlayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [17:57]
Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır
- 17.04.2025 [17:43]
Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var
- 17.04.2025 [17:19]
Moldova parlamenti seçkilərin sentyabrın 28-də keçirilməsinə səs verib
- 17.04.2025 [16:48]
“Volkswagen” iqtisadi çətinliklərə baxmayaraq istehsalı artırır
- 17.04.2025 [16:07]
Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib
- 17.04.2025 [15:58]
Belarus dövriyyəyə rəqəmsal rubl buraxmağı planlaşdırır
- 17.04.2025 [15:52]