DÜNYA
İran Omana ildə 10 milyard kubmetr təbii qaz ixrac edəcək
Bakı, 19 avqust (AZƏRTAC). İran Omana ildə 10 milyard kubmetr təbii qaz ixrac edəcək.
AZƏRTAC İranın “İRNA” xəbər agentliyinə istinadla xəbər verir ki, bu ölkənin neft nazirinin müavini Əli Macidi Oman hökuməti ilə təbii qaz ixracına dair danışıqların müsbət nəticə verdiyini və yol xəritəsinin müəyyənləşdiyini deyib. “Əbu Dabi və Dubay da İrandan təbii qaz almaq istəyir və artıq bununla bağlı ilkin danışıqlar aparılıb”-deyə Ə.Macidi bildirib.
Beləliklə, yol xəritəsinə əsasən İran 25 il müddətində Omana 250 milyard kubmetr təbii qaz ixrac edəcək ki, bu da 60 milyard dollar gəlir deməkdir. İran, həmçinin Asiya və Avropa ölkələrinə ildə 80 milyard kubmetr təbii qaz ixrac etmək niyyətindədir.