İran ordusu genişmiqyaslı təlimlərə başlayıb
Tehran, 25 yanvar, AZƏRTAC
Bu gün səhər saatlarında İranın quru qoşunları “Qüdrət-97” kod adı altında genişmiqyaslı təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, təlimlərə 12 min əsgər cəlb edilib və müxtəlif manevrləri həyata keçirəcəklər. İranın quru qoşunlarının komandanı general Kiyumərs Heydəri mətbuata verdiyi açıqlamasında bildirib ki, təlimlərdə iranlı mütəxəssislər tərəfindən hazırlanmış vertolyotlar və yeni gecə görmə cihazları da sınaqdan çıxarılacaq. Bundan başqa təlimlərdə quru qoşunlarının istifadəsinə verilən pilotsuz ucan təyyarələrdən də istifadə ediləcək. Nəzərə çatdırılıb ki, pilotsuz ucan təyyarələr də tam olaraq milli istehsaldır.
General onu da qeyd edib ki, İranın heç bir dövlətə qarşı iddiası yoxdur və heç kiminlə müharibə etmək istəyində deyil. Sadəcə olaraq İrana qarşı təhdidlər nəzərə alınıb və quru qoşunların döyüş hazırlığı yoxlanılır. Eyni zamanda, təlimlərdə yeni hərbi cihazlar da sınaqdan çıxarılacaq. General İran ordusunun dünyanın ən güclü ordularından olduğunu da diqqətə çatdırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]