İran Prezidenti: Neft satışlarımızın sıfıra enməsinə icazə verməyəcəyik
Bakı, 30 aprel, AZƏRTAC
Neft satışlarımızın sıfıra enməsinə icazə verməyəcəyik.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
Ölkəsinin neft satışında israrlı olmaqda davam edəcəyini söyləyən H.Ruhani bildirib: “İran neft ixracını güclü şəkildə davam etdirəcək”.
Birləşmiş Ştatların sanksiyalarının mərhəmətsiz olduğunu deyən İran Prezidenti sanksiyaların birbaşa xalqı hədəf aldığını qeyd edib: “İstər hökumət, istər işəgötürən, işçi, sahibkar və ya fərqli istehsal sektorları olsun mövcud vəziyyətdə ağır bir yük daşıdığımızın fərqinə varmalıyıq”.
ABŞ-ın İran neftini sıfıra endirməklə bağlı qərarının böyük bir səhv olduğunu bildirən H.Ruhani deyib: “Amerikalılar qarşıdakı aylarda neft ixracını həyata keçirməkdə davam edəcəyimizi görəcəklər. Dövlət olaraq neft ixracını güclü şəkildə davam etdirəcəyik”.
İran Prezidenti bəzi ölkələrin ABŞ-ın təzyiqi qarşısında geri çəkilmələrini tənqid edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. ABŞ-ın İrana qarşı sanksiyalarının ötən il noyabrın 5-də qüvvəyə minən ikinci mərhələsi çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]