İranda polis bir tondan çox narkotik vasitə müsadirə edib
Tehran, 28 yanvar AZƏRTAC
İranın Buşehr şəhərində polis narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dəstəni zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, polisin həyata keçirdiyi əməliyyat nəticəsində gəmi ilə ölkə ərazisinə bir tondan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Şəhər polis idarəsinin rəisi Xəlil Vaezi jurnalistlərə bildirib ki, qaçaqmalçılar narkotik vasitələri dəniz vasitəsilə İrana, buradan isə Avropaya daşımaq istəyirdilər. Onun sözlərinə görə, müsadirə edilən narkotik vasitələrin 640 kiloqramı tiryək, 120 kiloqramı həşiş, 300 kiloqramı isə heroindən ibarətdir.
Narkotiklər qadınların baş örtüyü üçün nəzərdə tutulmuş paketə yerləşdirilib ki, şübhə oyatmasın. Lakin polis aldığı operativ məlumat əsasında paketləri yoxlayıb və narkotikləri aşkar edib.
Xatırladaq ki, Buşehr Fars körfəzi sahilində liman şəhərdir. Bu liman cənub-şərqi Asiya ölkələri ilə İran arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]