İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3 VİDEO

Bakı, 27 aprel, AZƏRTAC
İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hadisədə 8 nəfər həlak olub, 750 nəfər xəsarət alıb.
17:54
İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub, 516 nəfər xəsarət alıb.
Bəndər Abbas şəhərində zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.
17:01
İranın cənubundakı Bəndər Abbas şəhərinin Mahid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə çatıb.
Limanın gömrük xidməti bildirib ki, partlayışın səbəbi, çox güman, təhlükəli maddələr və kimyəvi materialların saxlandığı anbarda baş verən yanğın olub.
15:44
Bu gün İranın cənubundakı Bəndər Abbas şəhərindəki Mahid Racai dəniz limanında güclü partlayış baş verib.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zərərçəkənlərin sayı artıq 400 nəfəri keçib. Liman fəaliyyətini dayandırıb.
Bildirilir ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan vurub.
Versiyalardan birinə görə, yanacaq çəni partlayıb, onun səbəbləri məlum deyil. Hadisə yerinə çevik xilasetmə qrupları göndərilib.