İRAQ: GEOLOJİ KƏŞFİYYATIN YENİ MƏLUMATI
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, İraqda aparılan son geoloji kəşfiyyatlar bu ölkənin neft ehtiyatlarının Səudiyyə Ərəbistanınkından çox olduğunu təxmin etməyə imkan verir.
İraq Baş nazirinin müavini Barham Saleh “Tayms” qəzetinə müsahibəsində demişdir ki, yeni məlumatlara görə, ölkənin neft ehtiyatları 350 milyard barrel civarındadır ki, bu da əvvəlki göstəricidən 3 dəfə çoxdur və İraqı dünyada birinci yerə çıxarır. Belə ki, Səudiyyə Ərəbistanının kəşf edilmiş ehtiyatları 264 milyard barrel həcmində qiymətləndirilir.
B.Saleh bildirmişdir ki, “sözügedən fakt nüfuzlu xarici neft şirkətlərinin bu yaxınlarda apardıqları geoloji tədqiqatlara və seysmik məlumatlara əsaslanır. Yəni bu, etibarlı mənbələrdən alınmış ciddi rəqəmdir”.
İraq hökuməti xarici şirkətlərin ölkəyə sərmayə yatırmalarına şərait yaratmaq üçün milli neft qanunvericiliyini təsdiq etməlidir. Qanunun yubadılmasının İraqın neft hasilatından qazanc götürməsinə əngəl törətdiyini, ölkəni müharibədən sonra bərpa işlərində istifadə edilə biləcək külli miqdarda potensial gəlir mənbəyindən məhrum etdiyini vurğulayan B.Saleh bu məsələnin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]