Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“İRƏLİ” İctimai Birliyi Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib

Bakı, 26 fevral, AZƏRTAC

“İRƏLİ” İctimai Birliyi Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib.

İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “İRƏLİ” İctimai Birliyinin nümayəndələri və üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Tədbirlər planına uyğun olaraq “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Xocalıya ədalət!” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və “Cadenza” Müasir Orkestrinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Diqqətə çatdırılıb ki, hazırda müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini qlobal şəkildə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası geniş fəaliyyət göstərir.

Faciədən 32 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə tam hüquqi-siyasi qiymət verilməsə də, ötən ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyi tam təmin olunub. Bildirilib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu torpaqlarda ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzində gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. Faciədən illər ötsə də, Azərbaycan xalqının öz başına gətirilən bu hadisələri heç zaman unutmayacağını və gələcək nəsillərə ötürəcəyi tədbir müddəti ərzində qeyd olunub.

Tədbirin davamında “Cadenza” Müasir Orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi və istedadlı gənclərin təqdimatında müxtəlif musiqi əsərləri ifa olunub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalıda son gecə” tamaşasının nümayişi olub. “İRƏLİ” Mədəniyyət Mərkəzinin üzvlərindən ibarət gənclərin təqdimatında nümayiş olunan tamaşa Xocalıda yaşamış və soyqırımı zamanı düşmənin hücumuna məruz qalmış ailənin yaşantısından, ailənin qəhrəmanlığından bəhs edir.

Tədbirlər çərçivəsində birliyin üzvləri Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə də fəal şəkildə təşkilatlanıblar. Ümumilikdə 500-dən çox gəncin iştirakı ilə keçirilmiş kampaniyada gənclər “X” sosial şəbəkə platforması üzərindən Xocalı həqiqətləri ilə bağlı xarici dillərdə infoqrafik tvitlər paylaşılıb.

Tədbirlər müddətində, həmçinin paytaxt və regionlarda yerləşən gənclər və idman idarələri və sosial xidmət müəssisələri ilə tərəfdaşlıq çərçivəsində “İRƏLİ” İctimai Birliyinin lentə aldığı “Böyüməyən uşaqlar” filminin nümayişi keçirilib. Filmdə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq və onların dəhşət dolu həyat hekayələri, habelə Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri yada salınır. Tədbirlərdə ümumilikdə 1000-dən çox gənc iştirak edib. Eyni zamanda, kampaniya çərçivəsində Nizami Kino Mərkəzində “Müharibə uşaqları” filminin də nümayişi olub.

Qeyd edək ki, həyata keçirilmiş tədbirlər planının əsas məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması istiqamətində töhfələr verməkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB-nin ATM-lərində yenilik!

Növbəti köç karvanı Füzuliyə çatıb

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb

Xankəndidə silah-sursat aşkarlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Rayonlarda hava şəraiti yağıntılı olub, Şahdağa sulu qar yağıb – Faktiki hava

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Şəmkirdə mağazada yanğın baş verib VİDEO

Malayziyada 2 helikoterin toqquşması nəticəsində 10 nəfər ölüb VİDEO

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplaşır

Rəsmi Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları dərhal dayandırmağa çağırıb

Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü, Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Füzuliyə qayıdan sakin: Bundan böyük sevinc hissi ola bilməz

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qazaxın dörd kəndinin dinc yolla geri qaytarılması növbəti zəfərimizdir - ŞƏRH

Çində gəmi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi

Hesabat: Dünyanı ən çox narahat edən 15 problem

Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

Düzgün nəfəs almaq ömrü uzadır

Ekstremal hava şəraiti Avropaya milyardlarla avro məbləğində ziyan vurub

Böyük Britaniya Kiyevə 617 milyon dollar hərbi yardım edir

ABŞ-ın Yel Universitetində etiraz aksiyaları zamanı 47 nəfər həbs olunub

Yuxu problemini aradan qaldırmaq üçün ən təsirli meyvə - Ananas

Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib YENİLƏNİB -2 VİDEO

Britaniyalı nazir Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə irəliləyişi alqışlayıb

Şimali Koreya ilk genişmiqyaslı nüvə əks-hücum təlimini keçirib

ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

Bloomberg: Rusiyada neft emalı minimuma enib

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam

Duda: Polşada nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar qəbul edilməyib

Qambiya gənc diplomatlarını təcrübə qazanmaq üçün Azərbaycana göndərməkdə maraqlıdır

Kiyevdə 1913-cü ildə azərbaycanlı tələbələrin gizli yığıncağına həsr olunmuş tədbir keçirilib