“İRƏLİ” ÜMUMRESPUBLİKA GƏNCLƏR HƏRƏKATI ADR-İN 90 İLLİK YUBİLEYİNİ QEYD ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 23-də “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) Xəzər Universitetinin Dünya konsert salonunda Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyi ilə əlaqədar klassik musiqi gecəsi keçirmişdir.
Konsertdən əvvəl ÜGH-in həmtəsisçisi Elnarə Qəribova Azərbaycan Demokratik Respublikasının yoxdan bir bayraq yaratdığını, ulu öndər Heydər Əliyevin isə müasir müstəqil Azərbaycan Respublikasının beşiyi başında dayanaraq, onu dünyaya tanıtdığını bildirmişdir. E.Qəribova vurğulamışdır ki, bu günün gəncliyi mənəvi dəyərlərə, Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə olunmalıdır.
Gecədə iki hissədən ibarət musiqi dinlənilmişdir. Birinci hissədə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Azad Daşdəmirov və digər klassik Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmişdir.
İkinci hissədə Ruhin İsmayılov, Fərid Nağızadə, Azər Əsgərov, Tural Məmmədli və digər gənclərin klassik musiqisi ifa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]