İrlandiya şirkətinin direktoru: Bakı Enerji Həftəsi yüksək səviyyədə təşkil olundu

Bakı, 7 iyun, AZƏRTAC
Bu mənim Bakıya ikinci səfərimdir. Bu tədbirin təşkilatçıları ilə yaxından əməkdaşlıq edirəm. Mən artıq bir neçə müxtəlif beynəlxalq sərgilərdə iştirak etmişəm və deyə bilərəm ki, Bakıdakı tədbir çox yüksək səviyyədə təşkil olunub.
Bunu AZƏRTAC-a Bakı Enerji Forumunda iştirak edən İrlandiyanın “The Exhebition Guy” şirkətinin direktoru Stiven Mörta (Stephan Murtagh) deyib.
Bakı Enerji Həftəsində həm sərgi, həm də konfrans formatları birləşdirildiyini deyən Stiven Mörta adətən bu cür tədbirlərin bir yerdə keçirildiyini vurğulayıb.
“Bakıdakı tədbiri fərqləndirən cəhəti odur ki, sərgi və konfrans iki müxtəlif yerlərdə keçirildi. Məlumdur ki, həm sərgi, həm konfrans insanlarda böyük maraq doğurur. Zənnimcə konfransda keçirilən panel iclasları bu sahədə çalışan insanları bir araya gətirmək, onların fikirlərini dinləmək və çıxış yolları tapmaq baxımından olduqca zəruridir”, - deyə İrlandiya şirkətinin direktoru qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.07.2025 [16:31]
Azərbaycan və Çin arasında dəmiryol sahəsində anlaşma memorandumu imzalanıb
- 09.07.2025 [16:03]
Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil
- 09.07.2025 [14:29]
® “Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir
- 09.07.2025 [13:19]
® ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
- 09.07.2025 [13:14]