Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə Aqrar Biznes Festivalı keçirilib VİDEO

Zəngilan, 30 aprel, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti festival - Aqrar Biznes Festivalı Zəngilan rayonunun Ağalı kəndində keçirilib. İşğaldan azad olunmuş bölgələrdə ilk dəfə keçirilən festival sakinlər və fermerlər tərəfindən maraqla qarşılanıb. Festival işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaq, fermerlərin müasir texnologiyalarla tanışlığını və onlara əlçatanlığını təmin etmək məqsədilə təşkil edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Zəngilanın Ağalı kəndində kənd təsərrüfatı məhsulları və texnologiyaları sərgilənib. Fermerlərə müasir suvarma sistemləri, innovativ texnologiyalar, məhsuldarlığı artıran həllər barədə məlumatlar təqdim edilib. Festivalda, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti dövlət qurumları və özəl müəssisələr tərəfindən panel müzakirələr, maarifləndirici sessiyalar təşkil olunub.

Aqrar Biznes Festivalında Türkiyənin “Sapmaz Havacılık və İleri Texnolojiler” şirkətinin mütəxəssisləri tərəfindən “Kənd təsərrüfatında pilotsuz uçuş aparatlarının istifadəsinə dair” nəzəri təlim keçmiş Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinə çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini üzrə praktiki təcrübələr həyata keçirilib.

Festivalın rəsmi açılış hissəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Beyləqan və ətraf digər rayonlardan fermerlər iştirak ediblər.

Tədbiri açan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk ünvanı olub: “Artıq 3 ildir ki, Ağalıda həyat var. Çox sevindirici haldır ki, ilklərin yaşandığı Ağalı kəndində bu gün ilk dəfə kənd təsərrüfatı festivalı keçirilir. Burada aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər, fermerlər bir araya gəlib öz xidmətlərini və məhsullarını təqdim edirlər. Düşünürəm ki, belə bir tədbirin keçirilməsi işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün mühüm töhfə olacaq”.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu strategiya, Prezident İlham Əliyevin yürütdüyü siyasət, şanlı ordumuzun şücaəti nəticəsində torpaqlarımız qısa müddətdə işğaldan azad edilib. Hazırda bu ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır. Nazir qeyd edib ki, tarixi torpaqlarda aqrar fəaliyyətin bərpası, torpağın dirçəldilməsi ilə bağlı kənd təsərrüfatında çalışan insanların üzərinə böyük məsuliyyət düşür. Rəqəmsal kənd təsərrüfatı sistemlərinin, aqrar startapların dəstəklənməsi, süni intellekt və ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, kənd təsərrüfatını daha məhsuldar və müasir bir sahəyə çevirir. Kənd təsərrüfatını elmə əsaslanan fəaliyyət sahəsi adlandıran nazir Ağalı kəndində torpaqların sakinlərin istifadəsinə verildiyini xatırladıb, torpaq və su infrastrukturunun düzgün təşkili və aqrotexniki qulluq nəticəsində Ağalı kəndində aqrar sahədə iqtisadi faydanın və məhsuldarlığın daha yüksək olacağını vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, Aqrar Biznes festivalları yeni texnologiya və məhsulların nümayişi ilə yanaşı, həm də maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. Bildirib ki, bu festivallar vasitəsilə fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.

Rəsmi açılış hissəsinin yekununda təlimlərdə iştirak etmiş şəxslərə Türkiyənin Mülki Aviasiya Baş İdarəsi tərəfindən təsdiqlənmiş sertifikatlar və dronların idarə edilməsi üzrə sürücülük vəsiqələri təqdim olunub.

Festivalda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər tərəfindən kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, alternativ enerji mənbələri ilə çalışan texnologiyalar, gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları və digər innovativ məhsullar nümayiş etdirilib.

Festival çərçivəsində təşkil edilən kredit yarmarkasında dövlətin maliyyə qurumları və aparıcı banklar tərəfindən fermerlərə sərfəli kredit məhsulları təklif edilib, fermerlər təsərrüfat işinin təşkili üçün ayrılan kreditlər barədə məlumatlandırılıblar.

Həmçinin festivalda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Sessiyada Şərqi Zəngəzur iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Panel müzakirəsində dövlət və özəl sektorun maliyyə qurumlarının iştirakı ilə aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər mövzular müzakirə olunub. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılıb, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib.

Festivalda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirak edən 10-a yaxın universitetin tələbələri də iştirak ediblər.

Sözügedən layihə çərçivəsində aprelin 29-da Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp” təşkil edilib. “Bootcamp”da layihə çərçivəsində ölkə üzrə süni intellektin tədris olunduğu ali təhsil müəssisələrinin tələbələrinin, gənc tədqiqatçıların və iri özəl təsərrüfat sahiblərinin iştirakı ilə məlumat sessiyaları həyata keçirilib.

“Bootcamp”da iştirak edən tələbələr və festivala qatılan sahibkarlar üçün Zəngilan rayonunda yerləşən bir sıra özəl təsərrüfatlara infotur təşkil olunub.

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə Aqrar Biznes Festivalı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni tədqiqat: Çay və şokolad qan təzyiqinin azaldılmasına yardımçı ola bilər

Qazaxıstanda türk dövlətlərində seçki sistemlərinin inkişafı müzakirə olunub

Qazaxda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Putin Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib

“Qalatasaray” Türkiyə Kubokunun qalibi olub

Almaniyanın Kansleri parlamentdəki ilk hökumət bəyanatında ölkə ictimaiyyətinə birlik və həmrəyliklə bağlı çağırış edib

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəhri-Buzqov avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb

Zelenski İstanbul danışıqlarına dair yeni detalları açıqladı

Rusiya Daxili İşlər Nazirliyi bloger Hüseyn Həsənov barəsində axtarış elan edib

Qətər ABŞ-dan 200 milyard dollar dəyərində təyyarə alacaq

Emin Əmrullayev: Bu mövsüm basketbolumuz üçün çox uğurlu oldu

Ankarada Türkiyə ilə Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi müzakirə olunub

Gələcəyin səmasında Azərbaycan imzası - YENİLƏNİB VİDEO

Gələcəyin səmasında Azərbaycan imzası - YENİLƏNİB VİDEO

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

“Sabah” komandası Azərbaycan Basketbol Liqasının qalibi olub

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu VİDEO

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu VİDEO

Azərbaycan ilə Ümumdünya Poçt İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb

Azərbaycan “Dubai FinTech Summit 2025” tədbirində təmsil olunub

Pakistanın Baş naziri həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarlıq edib VİDEO

Pakistanın Baş naziri həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarlıq edib VİDEO

Parlamentdə Qlobal Cənubun yüksəlişi ilə bağlı müzakirələr aparılıb - YENİLƏNİB

“Grow Group Azerbaijan”: Bu ildən yeni layihələrimizi Qarabağda davam etdirməyi planlaşdırırıq

AAK sədri: 15-dən çox ölkənin universitetlərində doktorantura təhsili almış mütəxəssislərin dərəcələri rəsmi şəkildə tanınıb

Dəqiqlik, qənaət və dayanıqlılıq – süni intellektin uğurlu nəticələri VİDEO

Dəqiqlik, qənaət və dayanıqlılıq – süni intellektin uğurlu nəticələri VİDEO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

“InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ikinci günündə fermerlərin turu təşkil olunub

Londonda Azərbaycanın yaşıl enerji və əlaqəlilik sahəsində potensialı müzakirə olunub VİDEO

Londonda Azərbaycanın yaşıl enerji və əlaqəlilik sahəsində potensialı müzakirə olunub VİDEO

Yermolay Soljenitsın: COP29 Azərbaycanı investisiya və əməkdaşlıq üçün cəlbedici məkana çevirdi

Hüseyn Cavid prospektində mikromobillik vasitələri istifadəçiləri üçün maarifləndirici tədbir keçirilib

II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələr keçirilib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

bp Azərbaycanın qədim tarixinin araşdırılmasına dəstək verib VİDEO

bp Azərbaycanın qədim tarixinin araşdırılmasına dəstək verib VİDEO

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Litvada işgüzar səfərdə olub

® “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub

ƏƏSMN-in fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan bəhs olunub

İqtisadiyyat naziri Londonda bir sıra görüşlər keçirib

İtaliyalı tennisçi Yannik Sinner Papa XIV Leoya raketka hədiyyə edib

Antonio Koşta: Monteneqro Aİ-də müsbət impulsun ən yaxşı nümunələrindəndir

Avropa Ədalət Məhkəməsi Ursula Fon der Lyayenin “Pfizer” şirkətinin rəhbəri ilə yazışmalarının açıqlanmasına hökm çıxarıb

Rektor BMU-nun ictimai və sosial həyatında fərqlənən tələbələrlə görüşüb

NDU-da tanınmış macar yazarın “Yaşam üçün nəfəs” tamaşası nümayiş olunub

Bu ilin 4 ayında qoruq və muzeylərin 280 minə yaxın ziyarətçisi olub

Fransa-Əlcəzair münasibətləri yenidən gərginləşib

AQTA sədri ilə Latviyanın kənd təsərrüfatı naziri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər VİDEO

AQTA sədri ilə Latviyanın kənd təsərrüfatı naziri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər VİDEO

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

® “AccessBank” “Cisco IronPort” üzrə tender elanının müddətini uzadıb

Azərbaycan - Ukrayna oyununun yeri və başlama vaxtı müəyyənləşib

İkinci Azərbaycan Bankçılıq Missiyasının ABŞ-a işgüzar səfəri başlayır

Xocəsəndə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 35 milyon manatdan çox investisiya yatırılıb

AKİA: Biz subsidiya sahəsində kooperativlər üçün özəl yanaşma tətbiq edirik

Gürcüstan Parlamenti: ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun Gürcüstana düşmənçilik ruhunda tərtib olunub

Xaçmazda avtomobil vuran məktəbli hadisə yerində ölüb

DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

Latviyanın nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Türkiyədə peşə reabilitasiyası və sosial müdafiə sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb

Famil Mustafayev: Elmlər doktoru dərəcəsinin ləğvi təkcə normativ sənədlə həll edilə bilməz

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Qarabağda bir neçə şirkətin artıq aqroparklarla bağlı konsepsiyası var

Fərhad Quliyev: Arxeologiyada yeni tədqiqat üsullarını tətbiq etməyə çalışırıq

PKK-nın özünü buraxması: terrorçulara etibar etmək olarmı? – ANALİTİKA

Azərbaycanın sərbəst güləşçiləri İrandakı turnirdə iştirak edəcəklər

Çin ABŞ malları üçün idxal rüsumlarını azaldıb

Azərbaycan ombudsmanı İƏT iclasında insan hüquqlarının müdafiəsi və əməkdaşlıq çağırışları ilə çıxış edib

ANAMA işə qəbul elan edir

AAK sədri: Son 5 ildə 365 nəfərə elmlər doktoru dərəcəsi verilib

İkiqat Olimpiya çempionu xəstəxanaya yerləşdirilib

BDU əməkdaşları “Springer Nature”nin nəşr imkanları barədə məlumatlandırılıb

Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əməkdaşlıq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir VİDEO

Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əməkdaşlıq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir VİDEO

“Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilib

Avropa Şurasının sessiyasında Azərbaycanın sülh təşəbbüslərindən danışılıb

Tovuzda dolu təsərrüfatlara zərər vurub - kənd sakinlərinə dəymiş ziyan hesablanır VİDEO

Tovuzda dolu təsərrüfatlara zərər vurub - kənd sakinlərinə dəymiş ziyan hesablanır VİDEO

® “Kapital Bank”da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirilib

Azərbaycan və Latviya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

“Bilim Maarif” atelyesinin açılış mərasimi olub VİDEO

“Bilim Maarif” atelyesinin açılış mərasimi olub VİDEO

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

Azərbaycanda arxeologiya və antropologiya üzrə fundamental elmi araşdırmaların aparılması mühüm hədəflərdən biridir

Çinli ekspert: Orta Dəhliz Çin və Avropanı birləşdirən ən qısa yoldur

2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib VİDEO

2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib VİDEO

Elvan Kuzucu: “TEKNOFEST”in uğurlu modeli Azərbaycanın digər bölgələrində də tətbiq ediləcək

“Bilim Maarif” atelyesi: Türkiyə-Azərbaycan elmi əməkdaşlığında yeni addım

İƏT-in sammitinin Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirəcək - Ekspert rəyi

Sergey Vlasenko: Müharibənin Ukraynanın ətraf mühitinə vurduğu ziyan təxminən 91,6 milyard dollardır

Azərbaycan millisinin futbolçusuna xarici klublardan təkliflər var

Türk dövlətlərinin ali seçki qurumları arasında əməkdaşlıq genişlənir

Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq standartlara uyğun elmi jurnallar nəşr edəcək

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 176 şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

ADPU-nun Quba filialında “Xatirələr işığında Heydər Əliyev” kitabı təqdim edilib

Kürdəmirdə qadının əməliyyatdan sonra vəfat etməsi faktı üzrə araşdırma aparılır

Rəcəb Tayyib Ərdoğan: Türkiyə tarixində terrorizm və zorakılıq dövrü arxada qalıb

Qastronomiya üzrə beşinci “Qızıl şah” Azərbaycan Milli Kulinariya Çempionatı başlayıb

Şəhriyar Əsgərov: “Sabah” bu gün seriyanın uzanmağına imkan verməyəcək

Fərhad Quliyev: Qarabağda beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyət göstərməsi qarşıda duran vəzifələrdən biridir

Azərbaycanda aqrar sahədə üç startap ötən il ərzində 100 min manat investisiya əldə edib

BDU-da özbəkistanlı alimlərlə birgə dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparılıb

Qlazqo və Aberdində soydaşlarımız üçün ilk dəfə səyyar konsulluq xidmətləri göstəriləcək

Tanınmış dilçi-alim AMEA Naxçıvan Bölməsinin qonağı olub