SİYASƏT
İslam Əməkdaşlıq Təşkilatının yeni baş katibi seçilmişdir
İstanbul, 30 dekabr (AZƏRTAC). Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibinin təqdimat mərasimi keçirilmişdir.
Türkiyənin təmsilçisi olan İƏT-in baş katibi Ekmələddin İhsanoğlu on ildir tutduğu vəzifəsini Səudiyyə Ərəbistanını təmsil edən İyad Amen Madaniyə təhvil vermişdir. Yeni baş katib 2014-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaqdır.
İyad Amen Madani 1946-cı ildə Məkkədə anadan olmuş, ABŞ-da Arizona Universitetini bitirmiş, jurnalist kimi fəaliyyət göstərmiş, son illər İƏT-in Baş Katibliyində işləmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul