SİYASƏT
İslam Fiqh Beynəlxalq Təşkilatının Baş katibi: İnsanların məsuliyyətsizliyi ekoloji və digər böhranlara gətirib çıxarır
Bakı, 5 noyabr, AZƏRTAC
Son illərdə dünyada müntəzəm şəkildə təbii fəlakətlərə şahid oluruq. Həmçinin quraqlıq, tufanlar insanlara və infrastruktura ciddi zərər vurur. Tədqiqatlar göstərir ki, zərərli qazlar iqlim dəyişikliyinə təsir edir. Bunun da səbəbkarı insanlardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Fiqh Beynəlxalq Təşkilatının Baş katibi Seyid Ayatulla Abdülhasem Dibaci Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında deyib.
O vurğulayıb ki, "Qurani-Kərimdə" baş verən bütün fəlakətlərin səbəbinin insanlarla bağlı olduğu deyilir. İnsanların nəfsi, eqoistliyi, məsuliyyətsizliyi ekoloji və digər böhranlara gətirib çıxarır.