Azərbaycan Dövlət İnformasiya Agentliyi

İslamın terrorizmə və hər cür zorakılığa qarşı olduğu AŞPA-da bəyan edildi

İslamın terrorizmə və hər cür zorakılığa qarşı olduğu AŞPA-da bəyan edildi

Strasburq, 12 aprel, AZƏRTAC

Bu il martın 15-də Yeni Zelandiyada ibadət edən dinc müsəlmanlara atılan güllələr Allaha açılan atəşlər idi. Yeni Zelandiya Avropa deyil. Orada öldürülən günahsız müsəlmanlar da avropalılar deyildilər. Amma o atəşlər bizim hər birimizə açılıb. Dinindən və milliyyətindən asılı olmayaraq Avropa Şurasına üzv, eləcə də bu təşkilata bağlı olan ölkələrin hamısına açılıb. Bu, son illərin və yeni başlanmış əsrin və minilliyin ən dəhşətli faciələrindəndir. Təəssüf olsun ki, Parlament Assambleyasının yaz sessiyasının davam etdiyi bu həftə ərzində nə həlak olanların xatirəsini yad etdik, nə də bütün dünyanı düşündürməli olan bu böyük kədər haqqında fikir mübadiləsi apardıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında sərbəst müzakirələr zamanı Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupu adından çıxış edən deputat Rafael Hüseynov söyləyib. Deputat Avropa Şurasının tez-tez mədəniyyətlərarası və dinlərarası dialoqa həsr edilən tədbirlər keçirdiyi halda, belə dəhşətli hadisəyə biganəlik göstərməsinə təəssüfünü bildirib.

“İcrasının qəddarlığına və miqyasına görə qan donduran bu cür insanlıq faciəsinə belə biganə qala biliriksə, Avropa Şurasında mütəmadi olaraq dinlər və mədəniyyətlərarası dialoq haqqında məruzələr hazırlamağımızdan, bu barədə ağızdolusu danışmağımızdan hansı səmimiyyət, hansı real nəticələr gözləmək olar?! Tarixboyu belə hadisələr dəfələrlə baş verib ki, ölüm təhlükəsi qarşısında qalan insanlar kilsəyə, məscidə, sinaqoqa sığınıblar və ən amansız düşmənlər də Allah evində onlara toxunmağa cəsarət etməyib. Yeni Zelandiyada isə nəyin şahidi olduq? Sakitcə ibadət edən insanlar saniyələr ərzində soyuqqanlılıqla qətlə yetirildilər”, - deyə Rafael Hüseynov parlamentarilərin diqqətinə çatdırıb.

O bildirib ki, müsəlman məscidə Allahı və vicdanı ilə təkbətək qalmaq üçün gəlir. Onu Allahla söhbət edərkən, Allahla dərd bölüşərkən, Allahdan kömək, məsləhət istəyərkən məhv edirlər. Nifrətin, kinin həddi nə qədər aşıb-daşmalıdır ki, belə məqamda insanları tərəddüd etmədən qətlə yetirəsən. Bircə səbəbə görə, müsəlman olduğu üçün. Əlbəttə, bu, insan işi deyil. Bu əməli yalnız iblis törədə bilər.

Azərbaycanlı deputat siyasi leksikonda yer almaqda olan “İslam terrorizmi” ifadəsinin qondarma olduğunu vurğulayaraq, ona kəskin tənqidi münasibətini ifadə edib. “Yaxşı, bəs niyə əslən İslam ölkələrindən olan bir, ya bir neçə başqa belə iblis oxşar cinayəti törədəndə onu dərhal İslam terrorçusu adlandırırlar? Bir tərəfdən hamı etiraf edir ki, terrorçunun vətəni və milliyyəti yoxdur. Amma bəs niyə elə hesab edilir ki, guya onun dini var və özü də bu keyfiyyət əsasən elə müsəlmana aiddir? Axı ən azı indiyədək misli görünməmiş Yeni Zelandiya terroruna görə İslam dünyası da eyni şəkildə bu qırğına xristian terrorçusu yarlığını yapışdıra bilər. Eləcə də islamofobiyanın əksi olan termini də müsəlman dünyası ortaya qoya bilər. Təbii ki, haqsız olar. Necə ki, qarşı tərəf haqsızdır. Elə iblislər də istəyir ki, məhz belə olsun. Məhz onlar çalışırlar ki, dünya, insanlıq parçalansın, üz-üzə dursun, bir-birini didib-parçalamağa, məhv etməyə hazır olsun.

Dünyanın hamıya açıq olan ən nəhəng ensiklopediyasında - Vikipediyada “İslam terrorizmi” adlı ayrıca məlumat var. Nə üçün dünyanı qütbləşməyə aparan belə qorxunc təmayüllərin ayaq tutmasına imkan verilir? Avropa Şurasının belə fitnə toxumlarını aradan götürməyə nüfuzu, imkanı çatar ”, - deyə R.Hüseynov diqqəti qütbləşən dünya faciəsinə çəkib.

Qeyd edib ki, AŞPA yaz sessiyasının aprelin 12-nə təsadüf edən axırıncı iş gününün Yeni Zelandiya faciəsindən 28 gün sonra baş tutduğunu xatırladan Rafael Hüseynov Quranın 28-ci “Qəsəs” (Hekayət) surəsində insanlara xəbərdarlıq edildiyini, hər cür terrorun hələ 1300 il əvvəl lənətləndiyini deyərək həmin surəni xatırladıb: “Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə! Həqiqətən Allah firnə-fəsad törədənləri sevməz!”.

“Bu ədalətli çağırışında səmavi Kitabla, Allahla bir olaq! Allahın sevmədiklərinə qarşı mübarizəmizi daha ciddi aparaq. Terrorizmin bütün təzahürlərinə qarşı savaşda əvvəlki zamanlardan da ikiqat sərt olaq. Bu mübarizədə təklənərək məğlub olmamaq üçün bircə yol var - hamımız əl-ələ olaq, birlikdə olaq, səsimizi yalnız özümüzə zərbə dəyəndən sonra ucaltmayaq!”, - deyə R.Hüseynov çıxışını bitirib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib

“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib

Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib

Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO

“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub

Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir

Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

Elnarə Rəsulova: Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb

İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Kişineuda Novruz şənliyi təşkil olunub

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir

Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıblar VİDEO

Rəvan Həsənov: Novruz bayramı xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir

“Korean Air” şirkəti 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq

Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb

Narkotik vasitənin təsiri altındakı sürücünün “ağ ölümü” avtomobilində daşıdığı məlum olub

Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var

Bu gün Ümumdünya Meteorologiya Günüdür

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrinin həbsinə qərar verilib

Azərbaycan Prezidenti: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Zalsburq Azərbaycan Evində Novruz şənliyi təşkil olunub

Kiyevə hava hücumu edilib, azı 3 nəfər həlak olub

Zaqatala sakini evində yanıb VİDEO

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb