İsmail Serageldin: Builki forum xüsusilə əhəmiyyətli olacaq, çünki dünya genişmiqyaslı dəyişikliklərlə üzləşib VİDEO

Bakı, 12 mart, AZƏRTAC
Builki forum xüsusilə əhəmiyyətli olacaq, çünki dünya genişmiqyaslı dəyişikliklərlə üzləşib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Bakı Qlobal Forumunun İdarə Heyətinin mətbuat konfransında deyib.
O qeyd edib ki, forumda 400-ə yaxın iştirakçı, o cümlədən ən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edəcəklər.
"XII Bakı Qlobal Forumu dünyanın aparıcı liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini və alimlərini açıq, məzmunlu diskussiyalar üçün bir araya gətirən mühüm hadisə olacaq", - deyə o bildirib.
İsmail Serageldin müzakirələrin açıq, səmimi, təcrübəyə və analitik nəticələrə yönəldilməsinin vacibliyini vurğulayıb.