REGİONLAR
İsmayıllıda 30 min hektardan çox sahədə payızlıq taxıl əkilib
İsmayıllı, 21 dekabr, AZƏRTAC
İsmayıllı rayonunda payızlıq taxıl səpini başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, gələn ilin məhsulu üçün 30 min 365 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin 22 min 647 hektarı buğda, qalanı isə arpadır. Fermerlər səpin zamanı payızlıq buğdanın super elit reproduksiyalı “Xəzri”, elit reproduksiyalı “Fatimə”, “Ləyaqətli - 80,” R1 reproduksiyalı “Baba”, “Qobustan”, “Aran”, “Qrom”, “Tanya” kimi sortlardan istifadə ediblər. Arpanın isə elit reproduksiyalı “Qarabağ - 33”, R1 reproduksiyalı “Qarabağ - 33” və “Qarabağ - 22”, “Cəlilabad - 19” kimi sortlarından istifadə olunub. Əksər ərazilərdə, xüsusilə daha çox taxıl əkilən Qubaxəlilli, Quşencə, Hacıhətəmli ərazi dairələrində, Nikitin adına kolxozda səpin daha mütəşəkkil aparılıb.
Qeyd edək ki, erkən səpin aparılan bütün ərazilərdə normal çıxış alınıb. Bu ərazilər əkin sahələrinin 80 faizindən çoxunu təşkil edir.