İspaniyada 1,2 milyondan çox seçici vaxtından əvvəl səs verib
Madrid, 26 aprel, AZƏRTAC
İspaniyada aprelin 28-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində bayram münasibətilə ölkəni tərk etməyə hazırlaşan 1,2 milyondan çox seçici vaxtından əvvəl səs verib. Bu rəqəm ispan demokratiyasının 40 illik tarixində ikinci böyük göstəricidir.
AZƏRTAC xəbər verir ki, İspaniya Mərkəzi Seçki Komissiyasının qərarına görə, aprelin 26-da yerli vaxtla saat 14:00-dək poçt şöbələri seçki bülletenləri olan zərfləri qəbul edib. Dövlət Poçt Xidməti poçt logistika şəbəkəsinin əlaqələndirilməsi üçün maksimum səy göstərib, bütün xidmət məntəqələrində yığılan bülletenlərin aprelin 28-dək müvafiq seçki məntəqəsinə çatdırılması üçün tədbirlər görüb. Səslərin sayılmasından sonra səsverməyə dair aktın surəti seçiciyə təqdim ediləcək.
Qeyd edək ki, aprelin 28-də keçiriləcək növbədənkənar parlament seçkilərində ölkənin beş əsas partiyası - PSOE (Sosialist Fəhlə Partiyası), Podemos (sol partiya), PP (Xalq Partiyası), Giudadanos (liberal yönümlü Vətəndaş Partiyası) və Vox (Milli Mühafizəkar Partiya) iştirak edəcək. Seçkilərə qalib gələcək partiya hökuməti formalaşdıracaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]