İspaniyanın ən iri kibercinayətkarı tutulub
Madrid, 6 iyul, AZƏRTAC
İspaniyanın ən təhlükəli kibercinayətkarı sayılan Xordi Madriddə həbs edilib.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, 23 yaşlı ispaniyalı hər ay təqribən 300 min avro qazanırmış. O, populyar elektronika internet mağazalarının oxşarı olan fırıldaqçı saytlar yaradırdı. Daha sonra Xordi köməkçiləri ilə birgə həmin mağazaları fəal şəkildə reklam edərək müştəriləri aksiyalarla və böyük endirimlərlə aldadıb tora salırdı.
Dələduz irimiqyaslı xüsusi əməliyyat zamanı həbs edilib. Əməliyyat çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları bu gəncin rəhbəri olduğu daha 45 nəfəri saxlayıblar.
Xordi özü çox ehtiyatla fəaliyyət göstərib, bir neçə saxta şəxsiyyət vəsiqəsindən istifadə edib, hər 5 gündən bir mobil telefonunun nömrələrini dəyişib və yalnız otellərdə yaşayıb.
Bu cinayətkarların fəaliyyətindən ümumilikdə 2400-ə yaxın insan maliyyə itkisinə məruz qalıb. Onlar mövcud olmayan mağazalardan müxtəlif növ elektrik qurğuları alıblar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]