“İSRAFİL HÜSEYNOV” BORUDÜZƏN GƏMİSİ “LUKOYL” ŞİRKƏTİ ÜÇÜN NEFT KƏMƏRİ ÇƏKMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisi Xəzərin Rusiya sektorunda yerləşən “Yuri Korçagin” yatağında 12 düymlük sualtı neft kəmərinin çəkilişini başa çatdırmışdır.
“LUKoyl” şirkəti tərəfindən istismar olunan yataqdakı kəmərin uzunluğu 58 kilometrdir. Xəzər Dəniz Neft Donanmasının dalğıcları 11-20 metr dərinlikdə işləmişlər.
Hazırda neft kəmərinin hidrosınağı aparılır və çəkilişin keyfiyyəti yoxlanılır. Bunun üçün Xəzər Dəniz Neft Donanması göyərtəsində lazımi avadanlıq və nəzarət cihazları, eləcə də yoxlayıcı mütəxəssislər olan “Ehram Xalıqov” yedək gəmisini boru çəkilən əraziyə göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]