İsrailli şair: ADNSU-da tədris Avropa standartlarına uyğun təşkil edilib
Bakı, 2 may, AZƏRTAC
İsrailin tanınmış şairi və jurnalisti Pyotr Davidov ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, qonaq bu ali məktəbin tarix muzeyi, laboratoriya və auditoriyaları, həmçinin “eazi START” Startap və İnnovasiya Mərkəzinin layihələri ilə yaxından tanış olub.
İsrailli şair ADNSU-nun xeyli dəyişdiyini və burada tədrisin Avropa standartlarına uyğun təşkil edildiyini söyləyib.
Qeyd edək ki, P.Davidov Bakıda doğulub, ADNSU-da təhsil alaraq bir müddət bu ali təhsil ocağında çalışıb.