Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulun “Çırağan” sarayında “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib
Təqdimat mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib

İstanbul, 19 noyabr, AZƏRTAC

Kann, Afina və Berlindən sonra “Bakı-2015” ilk Avropa Oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə qardaş ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri iştirak ediblər.

Tədbirin iştirakçıları əvvəlcə “Bakı-2015”ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgiyə baxdılar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox Azərbaycan heykəltəraşının əsərləri nümayiş olunub. Müxtəlif cərəyanlara aid bu əsərlərin hər biri ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir.

Sonra qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar. Ölkəmizin regionları ilə yanaşı, Bakının müxtəlif mənzərələri, o cümlədən Azərbaycan mədəniyyətinin şah əsərləri bu fotolarda yüksək ustalıqla əks olunub.

Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara inamın göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi edib. 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı da Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb. 

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın mərasimə ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunur və bu təqdimatın əhəmiyyəti vurğulanır. 

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci xanım Mehriban Əliyevanın

çıxışı

- Hörmətli xanımlar və cənablar! 

Əziz dostlar, əziz qonaqlar,

Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Minillik tarixə malik və dünyanın ən gözəl şəhərlərindən biri olan İstanbulda bu gecə sizləri görmək və salamlamaq mənim üçün çox xoşdur. Çox sağ olun ki, bu axşam bizimlə birlikdəsiniz. Birlik kəlməsi türk və Azərbaycan xalqlarının hisslərini əks etdirir. Birlik və qardaşlıq dövlətlərarası əlaqələrin də əsasıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq, xalqlarımızı möhkəm tellər birləşdirir. Baxmayaraq ki, sovet dövründə 70 il ərzində əlaqələr süni şəkildə kəsilmişdi, xalqlarımızın qəlbində qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır. Biz hər zaman bir-birimizi dəstəkləyirik. Zənnimcə, dünyada ən yaxın və ən doğma qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir.

Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkələrimiz arasında əlaqələr də bərpa olundu və tamamilə yeni səviyyəyə qaldırıldı. Bu gün demək olar ki, bizim əməkdaşlığımız bütün sahələri əhatə edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi əlaqələr ildən-ilə artmaqdadır. Azərbaycan tərəfindən xarici ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə düşür. Bizim əlaqələrimiz mədəniyyət, təhsil sahəsini də əhatə edir. Yüzlərlə azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində, universitetlərində təhsil alır. Azərbaycan ilə Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurublar. Azərbaycan-Türkiyə birliyi yaşadığımız bölgədə sabitləşdirici amildir. Bizim birgə həyata keçirdiyimiz irimiqyaslı layihələr istər enerji, istərsə də nəqliyyat sektorlarında nəinki bölgə, dünya üçün böyük önəm daşıyır. Türkiyə və Azərbaycan TANAP layihəsinin aparıcı qüvvəsidir. Gələn il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı bağlayacaq.

Bütün bu uğurlu layihələrin, uğurlu proqramların təməlində xalqlarımızın qardaşlığı, dövlətlərimizin iradəsi durur. Biz Azərbaycanda Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik. Sevinirik ki, Türkiyə son on il ərzində sürətli inkişaf və tərəqqi yolu ilə gedir. Türkiyə Böyük İyirmiliyin üzvü olaraq dünya problemlərinin həllinə öz töhfəsini verir.

Azərbaycan da son on il ərzində dünyanın ən yüksək templərlə inkişaf edən ölkəsinə çevrilib. Son on ildə iqtisadi artım 3 dəfədən çox olub, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə enib. Ölkədə on il ərzində 3000-dən çox yeni məktəb binası inşa olunub və təmir edilib. Tarixi və mədəni abidələr bərpa olunur, eyni zamanda, yeni mədəniyyət ocaqları, muzeylər, sərgi salonları qurulur.

Azərbaycanın beynəlxalq mövqeyi ildən-ilə möhkəmlənir və bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Heç də təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə və böyük dəstəklə qarşılanıb.

Əziz dostlar, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları keçirilməyib. Tarixə ilk Avropa Oyunları kimi daxil olan belə irimiqyaslı yarışları qəbul etmək, hazırlamaq və keçirmək əlbəttə, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir.

Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə ediblər. Oyunlardan-oyuna qazanılan medalların sayı artmaqdadır. Son Yay Olimpiya Oyunlarında bizim yığma komandamız ikisi qızıl olmaqla on medal qazanaraq, bu nəticə ilə Avropa ölkələri arasında 15-ci yerdə, ümumi iştirakçılar arasında isə 30-cu yerdə olub.

Ölkədə idman infrastrukturunun inşasına, müasirləşməsinə də böyük diqqətlə yanaşılır. Son on il ərzində Azərbaycanda, Azərbaycanın bölgələrində 50-dən çox yeni müasir Olimpiya mərkəzləri tikilib. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən-ilə artır və onların qarşısında yeni perspektivlər, yeni imkanlar açılır. Bu il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bizim gənc atletlərimiz 5-i qızıl olmaqla, 12 medal qazanaraq, iki yüzə yaxın ölkənin arasında onuncu yeri tutublar.

Ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Azərbaycanda idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatları keçirilir. Bütün bu tədbirlərin ən yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. Bir sözlə, bütün bu amilləri - idmançılarımızın, atletlərimizin nailiyyətlərini, dövlət tərəfindən idmanın inkişafına möhkəm dəstəyi, mövcud idman infrastrukturunu və əlbəttə, ölkənin ümumi sürətli inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini qərara alıb.

Oyunlarda 6 mindən çox atlet iştirak edəcək, 20 idman növündə yarışlar keçiriləcək. Birinci Avropa Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən edəcək. Baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi, beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Ümidvaram ki, birinci Avropa Oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək.

Sonda, əziz qonaqlar, mən fürsətdən istifadə edərək, sizi birinci Avropa Oyunlarını izləmək üçün Azərbaycana - Bakıya dəvət etmək istəyirəm.

Bu axşam bizimlə olduğunuza görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. İstanbul şəhəri mənim üçün çox doğma və əziz şəhərdir. Bu şəhərin təkrarolunmaz ab-havasını onun gözəl təbiəti, unudulmaz tarixi və mədəni abidələri ilə yanaşı sizlər, bu şəhərdə yaşayan insanlar yaradıb və ona görə də sizə isti qonaqpərvərliyiniz üçün təşəkkür edirəm.

Qardaş Türkiyəyə sülh, əmin-amanlıq və gələcək uğurlar arzu edirəm. Çox sağ olun.

X X X

Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri, Bakıda yaradılan idman infrastrukturu və digər tədbirlər barədə geniş məlumat verildi.

Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən idman sahəsində böyük inkişafa nail olduğunu qeyd etdi. Bildirildi ki, Türkiyə ilə Azərbaycanın daim bir-birinə dəstək verməsi ölkələrimizin qardaşlıq bağlarını daha da möhkəmləndirib və bu gün hər iki ölkə bir çox məsələlərdə eyni mövqedən çıxış edir.

“Bakı-2015”in təqdim edildiyi şəhərlər sırasına İstanbulun da daxil olmasını yüksək qiymətləndirən Akif Çağatay Kılıç qısa vaxtda oyunlara hazırlıq işlərinin sürətlə davam etməsinin sevindirici hal olduğunu diqqətə çatdırdı. O, əmin olduğunu bildirdi ki, ilk Avropa Oyunları qitənin tarixinə parlaq hadisə kimi düşəcək. 

Tədbirin sonunda Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu öz ifası ilə qonaqlara xoş anlar yaşatdı.

Qeyd edək ki, Avropa Oyunları 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında təsis olunub və Avropa ölkələrinin Olimpiya komitələrinin yekdil qərarı ilə yaradılıb. Baş Assambleyanın yığıncağında oyunlara ev sahibliyi hüququ Azərbaycanın paytaxtı Bakıya verilib. Avropa Oyunlarının Bakıda keçirilməsinə məsul olan Təşkilat Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılıb.

Türkiyə mediası Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə geniş məqalələr dərc edib. 

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

İsveçin iqlim naziri İqlim Siyasəti Şurasının iclasında iştirak etməkdən imtina edib

Kosmosda uzun müddət qalmaq orqanizmə necə təsir edir?

Laşa Darsaliya: Gürcü xalqı dost və qardaş Azərbaycan xalqı ilə daim birlikdədir

UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib

Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb

Şuşada əyləncəli bayram tədbiri keçirilib

Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub

Ukrayna Prezidentindən Tramp-Putin razılaşmasına ilk reaksiya

İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi

Şəkidə 4 otaqlı ev yanıb, qonşu mənzillər mühafizə olunub

Baharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub

Ağdərə və Xocalıda İlaxır çərşənbə sevinclə qarşılanıb VİDEO

Xankəndidə Novruz tonqalı alovlandırılıb

Ağalı kəndində İlaxır çərşənbəsi sevinci

Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib

Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb VİDEO

Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub

Trampla Putin arasında telefon danışığı olub

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanışlıq

Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb VİDEO

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda Bahar festivalı keçirilir

Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir

Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub

Yeni ali təhsil proqramları ilə əlaqədar Təbiət ixtisasları üzrə işçi qrupunun BDU-da növbəti iclası olub

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Göyçayda ev yanıb VİDEO

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

KOSMİK Akademiyanın rəhbəri: Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir

Abşeron rayonunda Novruz şənliyi keçirilib

bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub

“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub

Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib VİDEO

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İctimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Qəbələdə keçirilən əmək yarmarkasına 10 müəssisədən 140 vakansiya təqdim edilib

Azərbaycanlı məktəblilər STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində inkişaf etdirirlər

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

Səkkiz avtobus marşrutunun hərəkət sxemi bərpa olunub

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq

Bizi birləşdirən Novruz - beynəlxalq konfrans

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib

İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir

Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Baş direktor: Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün gözəl imkanları var - MÜSAHİBƏ

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

Bayram süfrəsində necə qidalanmalı? – ekspertdən vacib tövsiyələr

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb VİDEO

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb VİDEO

Çilidə dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə “Birbank” da qoşulub