İQTİSADİYYAT
İSTEHLAK AZALMIŞ, ENERJİ HAQQININ ÖDƏNİŞİ ARTMIŞDIR
Bakı, 27 aprel (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin martında Qusar paylayıcı elektrik şəbəkəsinin (PEŞ) xidməti ərazilərində istehlakçılara 3 milyon kilovat-saata yaxın elektrik enerjisi ötürülmüş, ümumi ödəniş təqribən 88 faiz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 135 min kilovat-saat azalmış, ümumi ödənişdə 11,2 faiz artım olmuşdur. Birinci rübdə PEŞ-in xidməti ərazilərində 9,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir.
Martda Şabran PEŞ-in xidmət ərazisində 4,8 milyon kilovat-saat elektrik enerjisi istehlak edilmiş, ödəniş 87,1 faiz olmuşdur. İlin birinci rübündə müəssisə üzrə 14 milyon kilovat-saat elektrik enerjisi istehlak edilmiş, ödəniş isə 84,1 faiz olmuşdur.