İQTİSADİYYAT
İstehlak bazarı üzrə ümumi artımın 99 faizini özəl sektor təşkil edir
Bakı, 19 yanvar (AZƏRTAC). 2011-ci ildə ölkənin ticarət və xidmət şəbəkələrində istehlakçılara 21,8 milyard manatlıq əmtəə satılmış və xidmət göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, istehlak bazarı üzrə real artımın 74,4 faizi pərakəndə ticarət, 5,2 faizi iaşə fəaliyyəti, 20,4 faizi isə pullu xidmətlərin hesabına təmin edilmişdir.
2011-ci ildə pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 2010-cu ilə nisbətən 10,6 faiz artaraq 16,5 milyard manata, pullu xidmətlərin həcmi 7,8 faiz artaraq 5,3 milyard manata bərabər olmuşdur.
Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99 faizi özəl sektorun fəaliyyəti sayəsində yaranmışdır. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi 2010-cu ilin səviyyəsini 10,6 faiz üstələyərək 20,3 milyard manat təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.12.2023 [14:11]
Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb
- 09.12.2023 [12:53]
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
- 09.12.2023 [11:09]
Azərbaycan nefti bahalaşıb
- 09.12.2023 [10:29]