Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“İstisu” mineral su zavodunda istehsal olunan su keyfiyyəti və müasir standartlara cavab verməsi ilə seçilir REPORTAJ VİDEO

Kəlbəcər, 30 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

“İstisu” mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

AZƏRTAC-ın bölgə müxbiri “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olub.

Zavod müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın “Krones” şirkəti tərəfindən təchiz olunub. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətləri də qorunub saxlanılıb. “İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan çoxdur.

Zavodun direktoru Adil Haqverdiyev “İstisu” mineral suyu haqqında məlumat verərək deyib: “Bu su Kəlbəcər rayonunun İstisu qəsəbəsində unikal yeraltı termal-mineral su yatağından gələn, içməli təbii mineral qazlı sudur. 1951-ci ildə “İstisu”yun xüsusiyyətlərinin araşdırılması məqsədilə professor Mirəli Qaşqayın rəhbərliyi ilə Azərbaycan SSR Səhiyyə Nazirliyi və Azərbaycan SSR Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən birgə elmi araşdırma aparılıb. Bu araşdırmanın nəticəsində mineral suların siyahısı hazırlanıb və bu sular arasından içilə bilən və ən faydalı su olaraq indiki “İstisu”yun mənbəyində qazıntı həyata keçirilib. Beləliklə, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. “İstisu” qısa müddətdə həm Azərbaycanda, həm də qonşu ölkələrdə rəğbət qazanıb. Təəssüf ki, 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına başlanılıb”.

“İstisu”yun heç bir mineral suda olmayan faydalı tərkibi var 

Zavod direktoru “İstisu” mineral suyunun digər mineral sulardan fərqli xüsusiyyətləri haqqında da məlumat verib. Bildirib ki, zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir: “Kəlbəcərin unikal zəngin təbiəti “İstisu”ya öz töhfəsini vermişdir. Su 60°C-dən yüksək temperaturda təbii yolla çıxır ki, bu dərəcədə istilik mineralların suda daha rahat həll olmasına kömək edir. “İstisu” bənzərsiz sudur. Çünki heç bir mineral suda olmayan faydalı tərkibi var. İçindəki mineralların hər biri insan sağlamlığına müsbət təsir edir. Hər bir insanın gündəlik mineral qəbul etmə norması var. Bir çox suları içməklə siz sadəcə susuzluğunuzu yatızdırırsınız. Amma “İstisu” insanın gündəlik mineral qəbul etmə normasını rahatlıqla qarşılamağa kömək edir. Qida və sağlamlıq haqqında araşdırmalar göstərir ki, ən çox mineral itkisini qarşılayan sudur. “İstisu” həm insanın susuzluğunuzu yatırır, həm də itirilən mineralların bərpasına kömək edir. Mineral suyun istehsalı zamanı həm faydalı minerallar, həm də mənbədəki unikal xüsusiyyət qorunur”.

Adil Haqverdiyev zavodda istehsal olunan suyun işğaldan əvvəl istehsal edilən “İstisu”dan tərkibinə görə fərqli olduğunu bildirib. Onun sözlərinə görə, “İstisu”yun istehsal prosesi ən müasir avadanlıqlarla həyata keçirilir. Zavodun işğaldan öncəki məhsulunda sutəmizləmə sistemi yox idi və su içindəki ağır metallarla istehsal olunurdu. Tərkibindəki ağır metalların çoxluğuna görə reseptlər yazılır və limitlər qoyulurdu. Bu da təbii idi. Ancaq hazırkı istehsal zamanı suyun bütün faydalı mineralları saxlanılır və zərərli minerallar təmizlənərək, günlük içmə limiti artırılır.

“İstisu” yüksək minerallı qazlı su olduğuna görə bütün istehlakçıları nəzərə alaraq qeyd edirik ki, hər bir insan gün ərzində bu sudan rahatlıqla 1 litrədək içə bilər. Bu limiti ona görə deyirik ki, hər kəs müntəzəm tibbi yoxlamalardan keçmir və sağlamlığı haqqında məlumatlı deyil. Sağlam şəxs isə bu sudan rahatlıqla 1 litrdən də çox içə bilər”, - deyə o əlavə edib.

 

“Məqsədimiz dünya miqyasında qəbul olunan və istehlak edilə bilən yüksəkkeyfiyyətli mineral su istehsal etməkdir”

Zavodun direktoru “İstisu” mineral suyunun təmizlənməsi prosesindən də danışıb: “İstisu”yun təmizlənmə prosesində əsas meyar faydalı tərkibinə toxunmadan ondakı zərərli mineralları kənarlaşdırmaqdır. Ümumiyyətlə, Avropada mineral su istehsalçısına suyun təmizləmə prosesində fiziki və kimyəvi müdaxiləyə icazə verilmir. İstisna olaraq zərərli minerallardan sayılan dəmir, arsen, manqan və sair mineralları çıxarmağa icazə verilir. Bizim suyun təmizlənmə prosesi məhz bu sahədə 51 illik təcrübəsi olan alman şirkəti tərəfindən həyata keçirilir. Bu sistem dünyada çox az istehsalçıda mövcuddur. “İstisu”yun tərkibindəki hidrokarbonat, sulfat, natrium xloridlər, kalsium, maqnezium və digər faydalı minerallar mənbədə olduğu formada qalır. Məqsədimiz dünya miqyasında qəbul olunan və istehlak edilə bilən yüksəkkeyfiyyətli mineral su istehsal etməkdir. Ona görə həm suyun təmizlənməsini, həm də ümumiyyətlə zavodun istehsal proseslərini yerli və beynəlxalq standartlara uyğun həyata keçiririk. Zavod AZS 216–2006, ISO 9001:2015, ISO 22000:2018 üzrə sertifikatlaşdırılıb”.

İstehsal prosesi ilə tanışlıq zamanı öyrəndik ki, “İstisu” kimyəvi tərkibinə görə sulfatlı-hidrokarbonatlı, natriumlu içməli təbii mineral sudur. “İstisu”yun tərkib göstəriciləri ən mötəbər beynəlxalq laboratoriyalarda yoxlanılıb. Analiz nəticələri həm Almaniyada, həm də Türkiyədə tanınmış balneoloqlara göndərilir. Onların hazırladıqları balneoloji hesabatlar isə elmi məqalə dəyərindədir. Yəni, xarici balneoloqlar da bu suyun tərkibinin insana necə faydalı olduğunu elmi və təcrübədən gələn sübutlarla göstərirlər. Həqiqətən də “İstisu”yun tayı-bərabəri yoxdur. Bu isə imkan verəcək ki, Azərbaycan məhsulu dünyanın məşhur suları arasında tanınsın.

Faydası saymaqla bitmir...

“İstisu”yun faydasına gəldikdə, bildirildi ki, bu su mədə-bağırsaq funksiyasını yaxşılaşdırır, həzmi və turşu-qələvi balansını normallaşdırır, metabolizmi yaxşılaşdırır, şəkərli diabetdə şəkər səviyyəsini normallaşdırmağa, artıq çəki problemlərinin həllinə kömək edir. Həmçinin sümüklərin sağlamlığında dəstəkləyici rol oynayır, oynaq ağrılarının kəskinləşməsinə mane olur, böyrəklərdə və sidik kisəsində daşların yaranmasının qarşısını alır, ürək-damar xəstəlikləri və hipertenziya riskini azaldır, qan təzyiqini normallaşdırır. Qəbizlik və qıcıqlanmış bağırsaq sindromunda, öd kisəsi və kanallarının funksionallığının normallaşdırılmasında, fiziki fəaliyyətdən sonra mineralların bərpasında müsbət rol oynayır, yaşlanma prosesini ləngidir, eləcə də antioksidant xüsusiyyətlərə malikdir.

Zavodda 100 nəfərin işlə təmin olunması planlaşdırılıb. Hazırda burada 75 nəfər işləyir ki, onların da 56-sı Kəlbəcər sakinidir. Daxili bazar ilə yanaşı, ixrac üçün danışıqlar da aparılır. İlk ixracın oktyabrda həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.

“İstisu” mineral su zavodunda istehsal olunan su keyfiyyəti və müasir standartlara cavab verməsi ilə seçilir  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir

Hacıqabulda selin fəsadlarının aradan qaldırılması üçün çox sayda texnika cəlb olunub

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

“Muzey Gecəsi”nin layihə rəhbəri: Məqsədimiz fikirlərimizi müxtəlif ünsiyyət vasitələri ilə ifadə etməkdir

“Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda hakaton keçirilir

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə aparılacaq

Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq

Ağsuda yeniyetməni ilan sancıb

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub -  YENİLƏNİB VİDEO

“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb

Azərbaycanda köçəri quşların populyasiyasında sabitlik müşahidə olunur

Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Qərbin xüsusi xidmət orqanları Gürcüstanda iğtişaşlar vasitəsilə Qafqazda gərginlik yaratmaq istəyirlər - ŞƏRH

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

ABŞ dərinlik nasoslarının sayını artırıb

Musa Qasımlı: Azərbaycan Ermənistanı məğlub etməklə onu müdafiə edən dövlətlər üzərində də qələbə qazandı

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

Ermənistanın şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir – ŞƏRH

Portuqaliya humanitar vizalar tətbiq edir

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilk dəfə Füzulidə keçiriləcək

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən var VİDEO

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq

Mingəçevirdə oğul atasını döyərək öldürüb

Aydın Kərimov: Şuşada bu günə kimi 20-ə yaxın tarixi abidə tam bərpa olunub

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər

“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

XİN: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar VİDEO

Meteoroloqlar: Türkiyədə yay mövsümündə yağıntıların miqdarı 9 faiz azalıb

Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq

Gürcü politoloq: Qərb Gürcüstan hökumətini özünə tabe etdirmək istəyir

Ölkədaxili sərnişin qatarlarında sürət həddi endirilib

Rusiyada xərçəng əleyhinə vaksin melanoma xəstələri üzərində sınaqdan keçiriləcək

“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

İtaliyanın milli dəmir yolu holdinqinin işçiləri tətil edirlər

Alimlər: Sink ehtiyatlarının çoxu Yerə ibtidai asteroidlərlə birlikdə düşüb

Çikaqoda yük qatarı qarət edilib

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok” yüzlərlə iş yerini ixtisar edir və onları süni intellektlə əvəzləyir

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

Qazax xanlığı haqqında XVII əsrə aid nadir əlyazma tapılıb

Tovuzda yeni təlim-məşq bazası tikiləcək, stadionun ot örtüyü dəyişdiriləcək

Məsut Özil "Zirə" komandasının qonağı olub

Türkiyə tezliklə 40 ədəd “Eurofighter” qırıcıları alacaq

“Spiegel”: Kiyevdə ilk dəfə Rusiyaya güzəştlərlə bağlı ssenari müzakirə edilib

Milli Strategiyanın icrası ilə su ehtiyatlarından daha səmərəli istifadə olunacaq - RƏYLƏR

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Şahin Diniyev: Estoniya ilə matçda futbolçularımızda keyfiyyət çatışmadı

İsveçin 600 vətəndaşı İnterpol tərəfindən axtarışa verilib

NASA Yupiterin peykinə kosmik gəmi göndərir

Slovakiya millisinin baş məşqçisi: Azərbaycanla oyun üçün fərqli planlar qurmalıyıq

Azərbaycan Daşkənddə turizmin inkişafına həsr edilən konfransda təmsil olunub

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

Estoniyalı futbolçular Azərbaycan millisi ilə oyundakı qələbəni şərh ediblər

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Millətlər Liqası: Bundesliqada çıxış edən futbolçu Azərbaycan yığmasına qarşı oynamayacaq

Sensasiyalı eksperiment: Yuxuda olan insanlar arasında əlaqə qurulub

Donald Tramp ABŞ vətəndaşlarını öldürən mühacirlərə ölüm cəzası verilməsini istəyir

ASCO daha bir quru yük gəmisi alır

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb

Gürcüstanı qardaş qırğınına təşviq edənlər, əslində, regiondakı mövcudluqlarının mahiyyətini göstərirlər ŞƏRH

FHN: Ötən sutka 27 yanğına çıxış olub

Yeni tədqiqat: Şəkər beyin neyronları üçün yağlardan daha təhlükəlidir

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Vinçentso Montella Türkiyə millisinin tarixinə düşüb

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

Sədr: Hazırda 15 xarici şirkət “Cypho”nu tətbiq edir VİDEO

AHİK və Mediasiya Şurası əməkdaşlığa başlayır

Millətlər Liqası: Xorvatiya Şotlandiya ilə, Portuqaliya Polşa ilə qarşılaşacaq

Azərbaycan neftinin bahalaşması davam edir

DİN: Ötən gün 48 cinayətin üstü açılıb

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün Azərbaycan Kubokuna iki oyunla start veriləcək

Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın U-21 millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaq

Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb

Çində yanacağın qiyməti yenidən bahalaşıb

Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur VİDEO

Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib VİDEO

“Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir

Masallıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib

Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək

İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub